levengi

Su çərşənbəsi menyusu

Baxış sayı: 1. 642

Bu gün Novruzun ilk müjdəçisi Su çərşənbəsini qeyd edirik. Təbii ki, belə xüsusi günlərdə ailə bir süfrə başına yığışır, masaya dadlı təamlar düzülür. Həmişə də biz xanımlar bayramlarda, xüsusi günlərdə nəsə dadlı, fərqli masa hazırlamaq istəyirik. Biz də sizə həm milliyi qorumaq, həm də ki, fərqli təamlar hazırlamaqda kömək etmək üçün iki bir-birindən dadlı resept təqdim edirik.

 

Tonqal salatı

Ərzaqlar

Kartof – 2 ədəd

Yumurta – 2 ədəd

Kök – 2 ədəd

Toyuq filesi – 250 qr

Kərə yağı – 50 qr

Qara qavalı qurusu (tumsuz) – 50 qr

Qoz ləpəsi – 50 qr

Mayonez, xama – 300 qr

Duz, istiot

Hazırlanması

Kartof, kök, yumurta və toyuq filesi bişirilir. Qara gavalı samanvari doğranır. Mayonez xama ilə qarışdırılır. Kartof, kök, yumurta və kərə yağı sürtgəcdən keçirilir. Ərzaqların aralarına mayonez-xama qarışığı çəkilir, duz və istiot vurulub bu qayda ilə salat buluduna yığılır: kartof, yumurta, kök, toyuq filesi, kərə yağı, gavalı. Eyni prosesi ərzaqlar bitənə qədər təkrar edirsiniz. Salatın üzərinə mayonez-xama qarışığı çəkilir, üyüdülmüş qoz ləpəsi və qara gavalı qurusu ilə bəzəyirsiniz.

Toyuq filesindən ləvəngi

Ərzaqlar

Toyuq filesi – 400 qr

Baş soğan – 3 ədəd

Qoz ləpəsi – 300 qr

Zoğal – 100 qr

Lavaşana – 50 qr

Mayonez – 50 qr

Tomat pastası – 2 x.q.

Bitki yağı, duz, istiot

Hazırlanması

Ləvəngi: Baş soğan ətçəkən maşından keçirilir, acı suyu çıxarılır. Üzərinə ətçəkən maşından keçirilmiş qoz ləpəsi, lavaşana əlavə edilir, duz, istiot səpilib qarışdırılır. Pomidor sousu: Xırda doğranmış pomidor, zoğal, tomat pastası yağda qovrulur, üzərinə duz, istiot səpilib qarışdırılır. Toyuq ətinin filesi üç yerə bölünüb strec arasına yığılır, döyəclənir, duzlanır, istiotlanır, üzərinə ləvəngi əlavə edilib rulet şəklində bükülür. Hazır ruletlərin üzərinə mayonez çəkilib saxsı qaba yığılır. Toyuq ləvəngisinin üzərinə pomidor  sousu, pomidor dilimləri, zoğal dənələri və qoz ləpəsi əlavə olunub 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir