Murad

Suallarınızı psixoloq cavablandırır

Baxış sayı: 1. 069

Bir müddət əvvəl “Gencaile.az” saytının rəsmi facebook səhifəsində psixoloq Murad Nəsirovun saytımızın qonağı olacağını və muradnasırov@gmail.com e-mailinə ünvanlayacağınız sualları “Oxucular soruşur” rubrikası çərçivəsində cavablandıracağını qeyd etmişdik. Budur, göndərilmiş suallara cavabları təqdim edirik.

 

Sual: Övladım internet aludəçisidir. Ona necə kömək edə bilərəm?

Cavab: Əvvəlcə uşağınıza qoyduğunuz qaydaların pozulmamasını öyrətmək lazımdır. Bunun üçün mükafat/cəza metodundan istifadə edə bilərsiniz. Lakin unutmayın ki, cəza otağa bağlamaq ya da ona zərər vermək deyil, mükafatı verməmək olmalıdır. Bir psixoloqla üzbəüz məsləhətləşməyiniz daha xeyirli olar. Çünki hər yaş qrupu üçün bir yaxınlaşma metodu vardır. Siz hər yaş qrupuna eyni müraciət edə bilməz və onlardan eyni reaksiya ala bilmərsiniz.

 

Sual:12 yaşında bir qız uşağım var, dərs nəticələri yaxşıdır, amma dərslərinə hazırlaşmaq vərdişi yoxdur. Hər zaman oyun oynamaq istəyir. Dərsləri yaxşı olsa da, nizamlı dərs oxumaq vərdişinə yiyənlənməsini istəyirəm. Kömək edə bilərsinizmi?

Cavab: Ümumiyyətlə uşaqlarından dərs sahəsində yüksək nailiyyətlər gözləyən ailələr və uşaqları arasında qarşıdurmalar hər zaman olur. Yalnız sizin ortaya qoymaq istədiyiniz dərsə hazırlaşma metodu və proqramı uşağın yaşına uyğun olmaya bilər. Bunun üçün uşağında istəklərini nəzərə alaraq bir proqram tərtib etmək lazımdır ki, o da söz haqqı olduğunu başa düşsün. Bu şəkildə onun da məsuliyyət hiss etməsinə nail ola bilərsiniz.

 

Sual:Mən 35 yaşında bir qadınam. Bir evliliyim olub və uşağım yoxdur. Hal-hazırda ikinci dəfə ailə qurmağa hazırlaşıram. Evlənəcəyim adam 2 il əvvəl həyat yoldaşını itirib və 13 yaşında bir qızı var. Eyni evdə yaşamağa başladığımızda o uşağın etibarını və sevgisini qazanmaq üçün nə edə bilərəm?

Cavab: Ümumiyyətlə, olduğunuz kimi rəftar etməyinizi, səmimi və bir az da səbirli olmanızı tövsiyə edərəm. Yeni bir yaş dövrünə girmiş və özü üçün də təzə olan bir vəziyyəti nəzərə alaraq ona yaxınlaşın. Əgər vəziyyətdən çıxış yolu tapa bilməsəniz, bir psixoloqdan üzbəüzməsləhət ala bilərsiniz.

 

Sual: 3 yaşında bir oğlum var. Davamlı olaraq işarə barmağının dırnağı ilə baş barmağının yan ətlərini qoparır. Bir zamanlar bu hərəkət həddən artıq şiddətləndi və qanatmağa başladı. Oğlumla danışıb bu hərəkətin onu da, bizi də incitdiyini izah etməyə çalışdım. Bəzən yuxusunda da bu hərəkəti etdiyini görürəm. Xahiş edirəm bu məsələləni necə həll edə biləcəyimiz barədə bizə məlumat verəsiniz.

Cavab: Salam. Evdə həddindən artıq avtoritar ailə strukturlarında, atayla əlaqələrində qorxu və qayğı yaşayan, atayla yaxşı ünsiyyət qura bilməyən uşaqlarda çox sıx rastlanan dırnaq yemə, ət yolmaq, barmaq əmmə kimi problemlər olduqca çox yayılmışdır. Bu səbəbdəb olmasa da, bunu hər hansı bir adamdan model alaraq da inkişaf etdirmiş ola bilər. Əgər yalnız model almaqla əlaqəli bir vəziyyətdədirsə, yenə eyni şəkildə həqiqətləri izah edərək vəziyyətə bir müddət şəxsən müdaxilə edərək və daha sonra vəziyyəti oyuna çevirib, məsələn ailə tərəfindən bu həftə kim barmağı ilə oynamazsa … mükafatını qazanacaq şəklində bir sistem, oyun qurun. Barmağın nəzarət ediləcəyini və sonunda kim qazansa, böyük mükafatın veriləcəyini söyləyin və 2 gündə bir nəzarət edərək müsbət təlqinlər verin ( “afərin, bu mükafat sənindir, barmaqların aheç toxunmamısan” şəklində) mükafat sistemi tətbiq edərək vəziyyəti təqib edin. Həll edə bilməsəniz, psixoloqa müraciət etməyinizi tövsiyə edirəm.

 

Sual:Əsəbi xarakterim məni narahat edir. Ümumiyyətlə, çox əsəbi deyiləm, amma əsəbiləşdiyim zaman ya qarşısındakını ağlatmalıyam, ya şiddət tədbiq etməliyəm, ya da özümə zərər verməliyəm. Çox ehtiraslı bir insanam, hər şey də üstün olmaq istəyirəm. Müvəffəqiyyətsizlik və ya geridə qalmağa dözə bilmirəm. Qısqanclığım da var və bundan əl çəkmək istəyirəm. İnsanlara güvənmək istədiyimdə onların buna layiq olmadığını düşünürəm və çox ikiüzlü bir insanam. Maraqlarıma toxunulduq da heç kimi tanımıram. İnsanlara etibar etmədiyim üçün olmalıdır ki, mən problemli bir insanammı? Bunlar normal, adi şeylərdimi? Hər gecə 3-5 dəfə yuxu görürəm və hamısının pis yuxu olduğunu hiss etdiyimdə dəyişdirməyə çalışıram. Dərhal oyanıram və ertəsi gün yorğun oluram. Əslində, həmişə yorğunam və hər şeydə çox səbirsizəm.

Cavab: Özünüzlə əlaqədar izah etdikləriniz şəxsiyyətinizlə əlaqədar ciddi problemləriniz olduğunu və sizin də bunu fərqində olduğunuzu göstərir. Professional bir kömək almanız həm sizin şəxsi xoşbəxtliyiniz, həm də sosial əlaqələrinizi daha sağlam bir şəkildə icra etdiyiniz üçün faydalı olacaq.

 

Sual: 34 yaşındayam. Boşandıqdan sonra həkim tövsiyəsi ilə depressiya əleyhinə dərmanlar istifadə etməyə başladım. Bir müddət sonra birinə aşiq oldum. Ancaq ona o qədər əziyyət verdim, sıxdım ki, məni tərk etdi. İndi daha da pisəm. Depressiyam davam edirmi?

Cavab: Siz əslində problemin sondərəcə fərqindəsinuz. Tək səgviniz keçmişdə yaşadığınız probleminizi qarışdırmağınızdır. Özünü xöşbəxt hiss etməmə depressiya deyil. Özünü xöşbəxt hiss etməmə depressiyanın yalnız bir əlamətidir.

Yaşanan bu cür problemləri, “Mən depressiyaya girdim” şəklində qiymətləndirmək səhvdir. Xüsusilə də xalq arasında bir az keyfi olmayan birinə “Sən depressiyaya girmisən” demək və buna dörə də ona dərmanlar vermək səhvdir. Bu, adamda başqa problemlərə gətirib çıxara bilər. Bunun üçün də xalqımızın gündəlik keyfinin olmamasını depressiya kimi qiymətləndirməmək lazımdır. Bu depressiya kimi ciddi bir psixoloji narahatlığın yüngül qiymətləndirilməsi mənasını da verir. Əslində, sevdiyiniz insanları sıxmağa çalışın, onların da rahat nəfəs almalarına icazə vrin, çox tənqid etməyin. Dəyişikliyi ilk öncə özünüzdə, daha sonra qarşı tərəfdə axtarın. Əgər bu məsələ sizi çox narahat edirsə və gündəlik həyatınızı normal qaydada yaşamağınıza mane olursa, psixoterapiyaya qatılmağınızı tövsiyə edirəm.




1 şərh “Suallarınızı psixoloq cavablandırır

  1. Mədinə

    Salam mən 11 yaşındayam ağlıma pis düşüncələr gəlir görəsən mən yaşayıram və s.çox şeydən həyəcanlanıram və qorxuram əvəllər belə bir problemim olmurdu çox tez tez özümü itirirəm xahiş edirəm cavablandırın.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir