Subaylıq sultanlıqdır! Müsbət və mənfi tərəfləri

Baxış sayı: 1. 420

Əgər subaysınızsa və “azad dəniz”, içində olduğunuz müstəqillik duyğusu xoşunuza gələ bilər, lakin sonra bu hiss yerini yalnızlığa və biriylə birlikdə olmaq istəyinə verə bilər. Ona görədə subaylıq sultanlıqdır devizini seçərkən yaxşı düşünməkdə fayda var!
Bir birlikdəlik yaşamadan əvvəl ayrılığı düşünür ya da bir evlilik yaşamadan əvvəl boşanmanı düşünürsünüzsə, bu əslində sizin qorxularınızın bir göstəricisidir. Halbuki azadlıq və bağlılığı paralel yaşaya bilərsiniz. Təməlində hörmət, ədalət, dürüstlük və güvən olan bir əlaqə yaşadığınızda da həm azadlığı dada bilər, həm də aidlik duyğunuzu təmin edə bilərsiniz. Amma yenə də  subay qalmağın müsbət və mənfi tərəflərini yaxşı düşünməlisiniz.

SUBAY OLMAĞIN MÜSBƏT  TƏRƏFLƏRİ!
1- Özünüzü kəşf və inkişaf etdirmək, yəni özünüz olmaq üçün  azadlığa sahibsiniz.
2- Fədakarlıq etmək məcburiyyətində qalmazsınız. İstədiyinizi edə bilərsiniz. Məsələn; rəqs dərsləri ala bilər, dil  öyrənə bilər, evinizdə pişik ya da it bəsləyə biləsiniz. Hansısa qərar verərkən  geridə buraxacağınız  heç nəyiniz də yoxdur. İstədiyinizdə yeni bir ev, yeni bir iş seçə və fərqli bir şəhərdə yaşamağı belə düşünə bilərsiniz.
3- Başqa birində xoşbəxtliyi axtarmaq yerinə öz-özünüzlə xoşbəxtliyi əldə etməyi öyrənərsiniz.
4- Azad ola bilərsiniz. Hər mənada tam bir təchizata sahib olmaq, tək başına rahat bir həyatkeçirmək və ayaqlarınızın üzərində dayanmaq gələcəkdə yaşayacağınız əlaqələrinizə müsbət istiqamətdə təsir edəcək.
5- Maliyyə mövzularda daha çox söz haqqına sahipsiniz. Haradan alver etdiyiniz ya da yüksək bir qiymətə aldığınız ayaqqabı üçün hesab vermək məcburiyyətində deyilsiniz.
6- Hər kişidə olan xoruldama, yorğanı çəkmə, təraş dəstələrini hamamda unutmaq kimi əsəbləşdirici vəziyyətlərlə qarşı-qarşıya qalmazsınız.
7- Rəfiqələrinizə və ailənizə daha çox vaxt ayıra bilərsiniz. Laqeydlik etdiyiniz və sizə dəstək olan kəslərlə əlaqələrinizi nizama salmaq şansınız  olur.
8- Çölə rahatlıqla çıxa bilər və yeni insanlarla tanış ola bilərsiniz. .
9- Evə gəldiyinizdə yemək hazırlamaq, paltar yumaq, evi yığmaq kimi zərurətləriniz olmaz … İstədiyiniz zaman bunları edə bilərsiniz. Ən əhəmiyyətlisi köynək ütüləməkdən yorulmazsınız.

SUBAY OLMAĞIN MƏNFİ TƏRƏFLƏRİ.
1- Özünüzü tək hiss edə bilərsiniz. Xüsusilə ətrafımızda o qədər cütlük var  və ailəniz artıq biriylə birlikdə olmağınızı təkid edərkən.
2- Bunu müvəffəqiyyətsizlik olaraq qiymətləndirə və bu mövzuda özünüzü mərhəmətsizcə qınaya bilərsiniz. Həqiqətən problem halına gətirdiyinizdə depressiyaya belə girə bilərsiniz.
3- Subay olduğunuz üçün ətrafınızdakı namizədlər arasında bir seçim etməkdə çətinlik çəkə bilərsiniz. Amma uzun müddət subay qalsanız və seçim etməkdə çətinlik çəkib qarşınıza çıxan doğru insanları da itirə bilərsiniz.
4- Bir cütlüyün  sahib olduğu şeyləri görəndə kədərlənə bilərsiniz. Bir-birini ruh əkizi olaraq təyin edən və bir ömür boyu birlikdə yaşamaq istədiyini söyləyən bir cütlükləri ya da uşaqlarıyla oyun oynayan bir ailəni gördüyünüzdə bəzi şeyləri qaçırmış hissinə qapıla bilərsiniz. Hətta evləndiyinizdə belə bəzi şeyləri gec yaşamış olmaq sizi yenə kədərləndirə bilər.
6- Davamlı olaraq subay olduğunuzun səbəbini  özünüzdən soruşa bilərsiniz. Bunu dərd edib  yeni birini tapmaq ümidiylə qarşınıza çıxan hər kişilə münasibət  yaşaya bilərsiniz. (Sizin bu halınızı görən real namizədlərinizi də itirmək  ehtimalınız da yüksək olacaq.)
7- Ailəniz və dostlarınızın narahat edici şərhləri ürəyinizi  sıxa bilər. “Tam sənə uyğun birini  tapdım” deyərək sizi bezdirə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir