sud

Süd və süd məhsullarının saxlanma üsulları

Baxış sayı: 1. 651

Kalsiumla daha çox zəngin olan süd böyümək və sümüklərin bərkiməsi üçün çox faydalıdır. Bu dəfə sizə süd və süd məhsullarının saxlanma üsullarından yazırıq. Çünki qidalanmada çox önəmli yerə sahib olan süd və süd məhsullarını hansı üsullarla saxlanması da bir o qədər əhəmiyyətlidir.

Süd

Pendir

Adətən, duzlu su içində satılan ağ pendirlər soyuducuda su içində qapalı qabda saxladılmalıdır. Digər üsul isə streçə bükülərək soyuducuya qoyulmasıdır. Və ya su olmadan hava keçirməyən qabda da soyuducuda saxlamaq olar. Krem pendirlər isə mütləq qapağı bağlı şəkildə soyuduca saxlanmalıdır. Holland pendirinin heç bir halda hava ilə təması olmamalıdır. Ağ pendir kimi streçə bükülərək soyuducuda saxlanılır.

Qatıq

Uzun müddət saxlanmamalı və soyuducuda olmalıdır. Qatığın tərkibində ən az 80% su olur. Bu səbəblə də ondan istifadə edəndə sulanma ola bilər.

Kərə yağı

Kərə yağı yüksək qoxu çəkmə xüsusiyyətinə malikdir. Bu səbəbdən də hava keçirməyən streçə bükülməli və eyni zamanda da hava keçirməyən qabda saxlanılmalıdır. (foxy.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir