Süddən şorbanı necə hazırlamaq olar? – RESEPT

Baxış sayı: 1. 424

Bilirsiniz ki, süd proteinlə zəngin məhsuldur. Trenajor zallarına gedən kişilərimizə isə süd vacib məhsullardan biridir. Bugün sizlərə süddən hazırlaya biləcəyiniz şorbanın reseptini təqdim edəcəyik. Bu maraqlı yeməyi bir dəfə sınamağa dəyər.

Lazım olan ərzaqlar: 1 l süd, 100 q göbələk, 1 yemək qaşığı un, 2 yemək qaşığı zeytun yağı, 1 çay qaşığı əzilməmiş istiot, 1 çay qaşığı duz, 200 ml su.

Hazırlanma qaydası
Qazanda 1 yemək qaşığı zeytun yağını qızdırın. Qızdırdığınız yağa unu əlavə edib qovurun. Unun iyi çəkiləndən sonra yavaşça südü və suyu əlavə edib, 8 – 10 dəqiqə qaynadın. Süd qaynayana qədər göbələkləri yuyun. Yuyulmuş göbələklərin suyunu süzün. Yuyulmuş göbələkləri kiçik doğrayın. Bir tavada 1 yemək qaşığı zeytun yağını qızdırın. Qızdırmış olduğunuz yağın içinə doğradığınız göbələkləri əlavə edin. Göbələkləri yağda 2 – 3 dəqiqə qovurun. Qovurduğunuz göbələkləri də süd qaynatdığınız qazana əlavə edin. Bir az qaynatdıqdan sonra istiot və duzunu da əlavə edin və 5 dəqiqə daha qaynadın. İsti halda servis edin. Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir