MERCIMEK

Südlü mərcimək şorbasını necə hazırlamalı? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 212

Süfrələrdə ləzzətlə yediyimiz şorbalar arasında mərcimək şorbasının öz yeri var. Mərciməyin yaşıl, qırmızı növlərindən bir neçə cür yeməyin hazırlanmasında istifadə olunur.

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında  bu dəfə sizi fərqli reseptlə – südlü mərcimək şorbasının hazırlanma qaydası ilə tanış edəcəyik.  Südlü mərcimək həm sağlamlığa faydalıdır, həm də ləzzətlidir.

 

Ərzaqlar:

2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı duru yağ
1 ədəd baş soğan
2 yemək qaşığı un
1,5 stəkan qırmızı mərcimək
1 stəkan süd
1,5 l su
Duz

 

Hazırlanma qaydası:

Kərə yağı və duru yağ qazana əlavə edilərək qızdırılır. Sonra xırda doğranmış baş soğan qovrulur. Un əlavə edilərək rəngi tündləşənə qədər qovrulur və yuyulmuş mərciməklər əlavə edilir. Bir az qarışdırdıqdan sonra üzərinə su tökülür. Qazanın qapağı bağlanaraq bişirilir. Mərciməklər bişdikdən sonra şorba blendrdan keçirilir. Süd və duz əlavə edilərək 4-5 dəqiqə də vam odda qaynadıldıqdan sonra ocaqdan götürülür.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir