Sui-qesd

Sui-qəsd nəticəsində həyatını itirən məşhurlar

Baxış sayı: 440

Benazir Bhutto

Pakistanin keçmiş baş naziri Benazir Bhutto ilk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnmişdi. Lakin  Benazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılır. 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılır. Benazir Bhutto Böyük Britaniyanın keçmiş müstəmləkəsi olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Benazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olur. Seçkiyə qatılmaq üçün Pakistana dönməyə qərar verən Bhuttoya Pərviz Müşərrəf “Əl-Qaidə” terror təşkilatından təhlükə gözlənildiyi xəbərdarlığı edir. Qorxmaz  Bhutto isə xəbərdarlığa məhəl qoymur və bunun nəticəsində 27 dekabr 2007-ci ildə 54 yaşında Pakistanın Ravalpindi şəhərində seçki mitinqindəki çıxışında sui-qəsdlə öldürülür.  Buttonun ölümündən sonra baş nazir Pərviz Müşərrəf ölkədə üç günlük matəm elan etdi. Pakistan hökuməti sui-qəsdlə əlaqəsi olduğu deyilən 15 yaşında bir uşağı həbs edir. Bhuttoya sui-qəsddə məsuliyyəti “Əl-Qaidə” üzərinə götürür. Bir neçə müddətdən sonra  Bhuttonun ABŞ-lı teleaparıcı Mark Şegelə göndərdiyi bir elektronik məktubu üzə çıxır. Bu məktubda bu sözlər olur : “Pakistanda başıma bir şey gəlirsə, cavahdeh Pərviz Müşərrəfdir”

 

Bəşir Cəmayil

1982-ci ildə Livanın dövlət başçısı seçilmiş, elə həmin ildə, yəni düz 20 gün sonra avtomobilinin partladılması nəticəsində öldürülmüşdür. Məlum olduğu kimi, o, İsrailin təcavüzünə qarşı ərəb ölkələrinin birliyini möhkəmləndirməyə çalışmışdı. Maraqlıdır ki, Livan prezidentinə qarşı baş tutan bu sui-qəsdin sifarişçisi kimi Suriya göstərilmişdi.

 

Avraam Linkoln

ABŞ-nın 16 –cı prezidenti olmuş Avraam Linkoln da həyatını sui-qəsd nəticəsində itirmişdir. “Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm, mənim demokratiya anlayışım budur” ifadəsinin sahibi  olan Avraam Linkoln “Bir xəyalım var” şüarı ilə seçkini qazanmışdı. O azad insanların yaşadığı, qara-ağ ayrı-seçkiliyinin edilmədiyi bir ABŞ-ın var olmasını istəyirdi. Prezident seçildikdən sonra ilk işi qarşıdurma vəziyyətində olan cənub və şimal əyalətləri arasında sülh yaratmaq olub. 4 il davam edən vətəndaş müharibəsini qazanan Linkoln 1865-ci ildə yenidən prezident seçilir.

Müharibədəki qələbəsindən 6 gün sonra-15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda “Bizim Amerikalı əmioğlumuz” tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur. Qatilinin ilk planı Linkolnu qaçırıb cənublu əsirlərin buraxılması şərti ilə sərbəst buraxmaq idi. Ancaq sonradan planını sui-qəsdlə əvəz edib. Həmin gecə prezidentin köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolnun sui-qəsdinin sirri ancaq 1961-ci ildə açılır. Məlum olur ki, ABŞ-ın müdafiə naziri Edvin Stanton Linkolnun yerinə keçmək üçün bu qorxunc sui-qəsdi planlaşdırmışdı.

 

İndra Qandi

İndra Qandi  dahi  şəxsiyyət Cəvahirləl Nehrunun qızı idi. Qandi 1984-cü ildə şəxsi cangüdəni tərəfindən öldürülmüşdü. Onun ölümündən sonra baş nazir vəzifəsinə gələn oğlu Raciv Qandi də eyni aqibəti yaşamış, yəni 1991-ci ildə sui-qəsd nəticəsində həyatını itirmişdi.

 

Yuli Sezar

Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan dahi Sezar elə taxtında da qətlə yetirilmişdi. Sezarın qətli  Romanın sonunu sürətləndirdi.

Yuli Sezar yaxınları  tərəfindən qətlə yetirilmiş bir imperiya başcısıdır. Lakin o, belə bir xəyanəti heç vaxt gözləmirdi, çünki ona xəyanət edən yaxın dostları oldu. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Dahi Sezar öz taxtında qətlə yetirilir. Xəncərlə qətlə yetirilən Sezar onu  vuran şəxslərdən birini görür. Bu, onun ən yaxın silahdaşı Brut idi.  Brutu görən Sezarın  yalnız  dilindən sadəcə iki kəlmə söz düşür “Brut sən də?” deyir. Lakin buna baxmayaraq, o, xəncəri  ilə Sezarın bədəninə  amansızcasına xəsarətlər yetirir. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş.

 

Ulof Palme

Dünyada sui-qəsdə məruz qalmış siyasi liderlərdən biri də İsveçin baş naziri Ulof Palmedir.  O, 1986-ci ildə kinoteatrdan çıxarkən silahlı hücum nəticəsində qətlə yetirilmişdi. Palmenin öldürülməsinə səbəb kimi onun Amerikanın əleyhinə olduğu göstərilir. Çünki o, ABŞ-ın Vyetnam müharibəsindəki mövqeyini çox sərt tənqid etmiş, Kuba ilə yaxşı münasibətlər qurmuş, eləcə də Birləşmiş Ştatların Yaxın Şərqdə, özəlliklə Fələstin münaqişəsindəki siyasi yanaşmasını sərt tənqid etmişdi. Düz 2 dəfə İsveçin baş naziri seçilmiş Ulof Palmenin ölümü ilə bağlı 10 min nəfər dindirilmiş, buna baxmayaraq, istintaq nəticəsiz qalmışdı. Sui-qəsdin kim, yaxud, hansı xüsusi xidmət orqanı tərəfindən sifariş edilməsi rəsmi olaraq sübuta yetirilməyib.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir