esger

Sumqayıt Dövlət Dram Teatrından Silahlı Qüvvələrimizə dəstək

Baxış sayı: 654

Bu gün biz Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifəsini yaşayırıq. O səhifəni Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz yazdı. Ölkə başçımız cənab İlham Əliyev düşmənə, dünyaya, ikili standartlardan qaça bilməyən bəzi dövlətlərə və təşkilatlara sərt münasibətini bildirməklə Azərbaycanın siyasi iradəsini və hərbi qüdrətini göstərdi. Ali Baş Komandanın rəvan çıxışları, həqiqəti çatdırma üslubu, faktları zamanında səsləndirməsi və ən başlıcası, milli dövlətçilik sevgisi opponentlərin aciz duruma düşməsinə səbəb olur. Biz yaradıcı kollektiv olaraq Ali Baş Komandanı, qəhrəman əsgərlərimizin hər zaman yanındayıq. Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna iyanə edilib. Bu kiçik köməyimizlə bildirmək istəyirik ki, ürəyimiz zəfər yürüşünə çıxmış əsgər və zabitlərimizlə birgə döyünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir