dan-ulduzu

Sumqayıtda bu axşam 4 toydan telefon oğurlandı

Baxış sayı: 1. 536

Sumqayıtda bu axşam 4 toydan telefon oğurlanıb. 
Bir neçə saat öncə şəhərin 17-ci mkr ərazisində yerləşən dörd şadlıq evində oxşar oğurluq hadisəsi baş verib.

Toy mərasiminə daxil olan oğru rəqs etmək üçün ayağa qalxmış, boş qalmış stollardan telefonu götürərək aradan çıxıb.
Son hadisə “Dan ulduzu” şadlıq evində baş verib. Oğru xanımlardan birinin telefonunu götürüb. Hadisə kameralara da düşüb. Oğurluqla bağlı əraziyə çağırılmış polis əməkdaşları bunun gün ərzində baş vermiş dğrdüncü belə hadisə olduğunu bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir