1501660721_60

Sumqayıtda gənclər üçün yeni məkan

Baxış sayı: 207

Sumqayıtda boulinq mərkəzinin açılışı olub

Sumqayıt şəhər bulvarında “Gənclik city” mərkəzinin açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,  idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri iştirak edib.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov mərkəzin açılışını bildirən qırmızı lenti kəsib. Sonra Z.Fərəcov çıxış edərək Sumqayıtda son zamanlar gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün həyata keçirilən layihələrdən danışıb, gələcəkdə şəhərdə gənclər üçün yeni məkanların istifadəyə verilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki,  “Gənclik city” mərkəzində gənclərin boulinq oynaması ilə yanaşı, istirahət etməsi üçün də hər cür şərait yaradılıb.

1501660662_55

 

1501660731_61




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir