photo_267

Sumqayıtdakı “Liman” klinikası işə başladı, “Real”a isə yeni baş həkim təyin edildi

Baxış sayı: 2. 800

Sumqayıtda yerləşən “Liman” klinikası işini tam olaraq bərpa edib. 2014-cü ilin iyun ayında fəaliyyətini dayandıran klinikanın lisenziya müddəti uzadılmamışdı.

Fəaliyyətini bərpa edən klinikada komanda dəyişikliyi var. Belə ki, şəhərin ən böyük özəl klinikalarından biri olan “Real” Tibb Mərkəzinin baş həkimi Vidadi Əzimov bundan sonra baş həkim kimi “Liman”da olacaq.

“Real”da isə futbol dili ilə desək, baş həkim formasını bundan sonra Əziz Rəfibəyov geyinəcək. Qeyd edək ki, o, bu klinikada doğuş həkimi kimi çaılışırdı.

Onu da xatırladaq ki, iyunun ayının 1-də “Real”Tibb Mərkəzinin də fəaliyyəti lisenziya vaxtının bitməsi səbəbi ilə dayanmışdı. Mərkəzin baş həkimi V.Əzimov “gencaile.az” saytına açıqlamasında həmin vaxt bunları demişdi: “Bəli, bu gündən etibarən “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir.”

Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi: “Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir