ayaq

Sümükləri gündən-günə zəiflədən dörd VƏRDİŞ

Baxış sayı: 895

Türkiyəli travmatoloq-ortoped İbrahim Rızvanoğlu sümük sağlamlığı haqqında vacib məlumatları açıqlayıb.”Gencaile.az” saytı xəbər verir ki, mütəxəssis uşaqlıqda qəbul edilən qidaların sümüyün möhkəmliyində əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Xüsusilə kalsium, D və K vitamini, fosfor və maqneziumla zəngin qidalar sümük inkişafı və sağlamlığı qorumaq üçün vacibdir. Süd və süd məhsullarından başqa (qatıq, pendir, kefir və s.) balıq, qaraciyər, ispanaq, qırmızı bibər, brokoli, pomidor, banan, portağal çox faydalıdır.

Kefir, qatıq, pendir və süd sümük inkişafı üçün zəruri olan qidalandırıcı mənbələr arasındadır və 35 yaşa qədər ehtiyat rolunu oynaya bilər. Başqa sözlə, 35 yaşına qədər bu qidalar gələcəkdə yarana biləcək sümük əriməsinin qarşısını ala bilər, bu yaşdan sonra qəbul edilən qidalar kalsium ehtiyatını artırmasa da stabilliyə təsir edir.

Araşdırmalara görə, duzdan çox istifadə edən insanlarda sümüklərin sınma ehtimalı 4 qat daha yüksəkdir. Odur ki, duzun miqdarı nəzərə alınmalıdır.

Bundan əlavə, qazlı içkilər sümüklərin tükənməsinə səbəb ola bilər. Həm də çox proteinli qidalara üstünlük vermək sümüklərə zərər verə bilər.

Qəhvə faydalı olsa da, gündə 2 fincandan artıq qəbul orqanizm üçün zərərlidir. Çünki qəhvə orqanizmdən kalsiumun sidik yolu ilə xaric olunmasını sürətləndirir. Dolayısı ilə sümüklərdə olan minerallar yavaş-yavaş azalmağa başlayır.

Siqaret də sümüklər üçün zərərlidir. O, sümüyün qidalanmasını təmin edən damarların yaranmasına mane olur, həmçinin mövcud damarların tıxanmasına yol açır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir