market

Supermarketlər bizi necə aldadır? – İNCƏ MƏQAMLAR

Baxış sayı: 492

Supermarketlərin siz daha çox pul xərcləyəsiniz deyə gizli taktikalardan istifadə etdiyini bilirdinizmi? Onlardan bir neçəsini təqdim edirik:

 

1.Mağazada daha çox vaxt keçirəsiniz deyə yavaş musiqidən istifadə.

2. Meyvə-tərəvəz kimi sağlam qidaların girişdə yerləşdirilməsi. Bunun sayəsində ilk növbədə onları alacaq və özünüzü doğru qidalanmırsınız deyə günahkar hiss etməyəcəksiniz.

 

3. Bahalı olan məhsulların göz hizasında yerləşdirilməsi

4. İlkin ehtiyac məhsullarının bir-birindən uzaq və gözdən uzaq yerlərdə yerləşdirilməsi ki, onları axtararkən mağazada daha çox dolanasınız və beləliklə gözünüz digər məhsullara da sataşsın

market

5. “İkisi birində ” aksiyası ilə satılan məhsullar. Bu aksiya çox vaxt aldadıcı olur və sizi alışa sövq etmək üçün tələdi.

6.“Sərfəli qiymət” , “Qaçırılmaz kampaniya” kimi yazılarla supermarketin koridorlarında gəzərkən, çox güman ki, qarşılaşmısınız. Bu mallar güya ki endirim də olsa da, onların ilkin qiymətinin nə qədər olduğuna nəzər salmağa dəyər. Çox vaxt endirim adı altında məhsullar aylarla elə öz qiymətinə satılır.

 

Nərmin Nərimanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir