MAGAZA

Supermarketlərin oynadığı 18 “oyun”

Baxış sayı: 663

1. Meyvə və tərəvəzləri girişə qoyarlar.

Meyvə və tərəvəz rəfləri adətən supermarketlərin giriş hissəsində yerləşdirilir. Məntiqi olaraq bu yerləşdirilmə səhvdir, çünki təzə qidaların əzilməməsi üçün əvvəl daha ağır olan ehtiyaclarınızı satın alıb meyvə tərəvəzi ən üstə qoymanız lazımdır, amma alverə başlayarkən rəngli, gözəl qoxulu və sağlam məhsullar almaq daha yaxşı hiss etmənizi təmin edir. Üstəlik başda sağlam qidalar aldığınız üçün alverin davamında içiniz rahat olduğundan daha çox bazarlıq edirsiniz.

2. Uşaqlarınızı istismar edərlər.

Marketlərdəki bahalı məhsullar göz səviyyəsinə (1.60 sm) yerləşdirilir. Uşaqların diqqətini çəkə biləcək və onları cəzbedəcək məhsullar isə onların göz səviyyələrinə uyğun yerləşdirilir. Ən ucuz məhsullar ümumiyyətlə ən son baxmağı ağıl edəcəyiniz, ən alt rəflərdə olur.

3. Daha çox pul xərcləməniz üçün musiqi çalarlar.

Həzin musiqilər içəridə daha uzun qalmağınıza, klassik musiqi isə daha çox pul xərcləməyinizə səbəb olur. Araşdırmalar şərab rəflərinin olduğu hissədə Fransız musiqisi çalmanın Fransız şərablarının satışını artırdığını da ortaya qoymuşdur.

4. Ac hiss etməyinizə səbəb olurlar.

Sobadan yeni çıxan çörək və unlu məmulatların olduğu hissə giriş/çıxış qapılarına yaxın hissəyə qoyulur. Təzə çörək qoxusu tüpürcək vəzilərinizi işə salır və düşünmədən, impulsiv olaraq alver etməyinizə səbəb olur.

5. Əslində elə deyilkən, sürətli getdiyinizi düşünmənizi təmin edirlər.

Daha lüks və bahalı məhsulların olduğu rəflərdə daha kiçik yerlərdən istifadə edərlər. Beləcə alış-veriş arabasının o hissələrdən keçərkən daha çox səs çıxarır və şüuraltınız sürətli getdiyinizi düşünərək yavaşlamanıza, bu rəflərdə daha çox zaman sərf etməyinizə səbəb olur.

6. Sizi bütün marketi gəzməyə məcbur edirlər.

Çörək, süd, yumurta kimi təməl ehtiyaclar, market içərisində bir-birindən uzaq nöqtələrə yerləşdirilir. Beləcə sadə bir alışveriş üçün belə içəridə xeyli dolaşmanız lazımdır.

7. Ucuz olmayan şeyləri ucuz kimi göstərirlər.

Tələsirsinizsə adətən dəhlizin sonundakı fürsət səbətlərimdəki məhsullara yönəlirsiniz. Halbuki bura nadir olaraq həqiqətən ucuz məhsullar yerləşdirilir.

8. Daha çox pul xərcləməyiniz üçün məhsulları bəzəyərlər.

Lüks məhsulların olduğu hissələrə taxta rəflər yerləşdirmək, daha keyfiyyətli işıqlandırma etmək kimi xüsusi dizaynlar edirlər. Beləcə bu məhsulların daha keyfiyyətli olduğunu düşünərək daha çox pul ödəməyə razı olarsınız.

9. Et və balıq rəflərini ağ divarlar önünə qoyurlar.

Ət və balıq rəfləri adətən ağ divarların önünə qoyulur. Bu divarın təmin etdiyi işıq əks etdirməsi bu məhsulların daha təzə görünməsinə səbəb olur.

10. Fərqli qiymətlərlə başınızı qarışdırırlar.

Açıqda satılan meyvə və tərəvəzlər üçün kilo qiyməti müəyyən edirlər, ancaq paketli olanlarda paketə görə hesablayır və etiketləyirlər. Bu da hansı variantın daha ucuz olduğunu anlamağınızı çətinləşdirir.

11. Lazım olandan böyük alışveriş səbətləri istifadə edirlər.

1938’dən bəri istifadə edilən alış-veril arabaları, ortalama bir ailənin bir həftəlik ehtiyacını qarşılayacaq ölçüdən daha böyük olacaq şəkildə hazırlanır. Bu da sizdə ehtiyacınız olandan daha çox şey satın alma impulsu yaradır.

12. Rəfdəki tərəvəz və meyvələrin təzə olduğu hissi yaradırlar.

Tərəvəz və meyvələri taxta yeşiklərə qoyaraq fermadan yeni gəlmiş hissi oyandırırlar.

13. Әsas ehtiyacları diqqətlə və çox səliqəli yerləşdirirlər.

Corablar, dezodorant kimi əsas istifadə etdiyiniz şeyləri kassaların yaxınlığına yerləşdirirlər. Beləcə alışveriş bitdikdən sonra bu məhsullara bir gün ehtiyacınız olacağını düşünərək son anda səbətə atacaqsınız.

14. Pendiri ən arxaya gizlədirlər.

Süd məhsullarının olduğu rəflər adətən marketin arxa divarında yerləşir. Bu da gündəlik ehtiyacları əldə etmək üçün bütün marketi gəzməyinizə və daha çox şey satın almağınıza səbəb olur.

15. “Pisboğaz” tərəfinizdən istifadə edirlər.

Ödəniş növbəsini gözlədiyiniz bölgəyə şokolad, şirniyyat, dondurma kimi pisboğaz tərəfinizi hərəkətə keçirəcək məhsullar yerləşdirirlər. Beləcə alış-verişi tamamladığınız üçün mükafat olaraq bu məhsullardan satın alma ehtimalınız yüksəlir.

16. Sizi çiçəklərlə aldadırlar.

Supermarketin girişində tərəvəz və meyvələrdən sonra daha geniş sahələrə çiçəklər yerləşdirərək sizdə yerli bir mağazadaymışsınız hissi yaradırlar. Beləcə siz də marketin böyüklüyündən daha az narahat olursunuz.

17. Tərəvəz və meyvələrə su püskürdərlər.

Tərəvəz meyvə rəflərinə müəyyən aralıqlarla su püskürdərək bu məhsulların daha parlaq, sağlam və təzə görünmələrini təmin edərlər.

18. Gizli bir sağ-sol düsturundan istifadə edərlər.

Büyük marketlər sizin marketi sağdan sola doğru gəzməyinizi istəyirlər və bu da təbii olaraq dəhlizin sağ məhsullarının daha çox diqqətinizi çəkməsinə səbəb olur. Oxşar məhsulun daha bahalı olanı, hər zaman sağ tərəfdə olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir