Gencler_Fondu_Logo_130612

“Sürət – həyatda inkişaf, yolda təhlükə” adlı sosial çarx hazırlanacaq

Baxış sayı: 42

Azərbaycan Respublika Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıtda “Sürət – həyatda inkişaf, yolda təhlükə” adlı layihə həyata keçiriləcək.
Fondun 8-ci qrant müsabiqəsində qalib olan fərdi layihənin rəhbəri Vurğun Salahovun verdiyi məlumata görə, layihə çərçivəsində sürət həddinin aşılmasının arzuolunmaz nəticələri ilə bağlı maarifləndirmə işi aparılacaq: “Bunun üçün iki tədbir həyata keçiriləcək. Yol qəzaları, onların ağır nəticələrini özündə əks etdirən sosial çarx hazırlanacaq. Eyni zamanda bu mövzuda qanunvericilik, statistika və ekspert rəylərinin yer aldığı dərgi çap olunacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir