Sürhüllü

Sürhüllünü belə hazırlayın – RESEPT

Baxış sayı: 1. 649

Gencaile.az Kəpəz TV-yə istinadən sürhüllünün hazırlanma qaydasını təqdim edir. 

Tərkibi (6 pay):

xəmir:

un
su
duz

sous:

1 kq quzu əti (və ya qaxac edilmiş quzu əti)
3 st. su
duz
istiot və ya sarımsaq
palçıq turşusu

Əvvəlcə un, su və duzdan çox bərk olmayan xəmir yoğurun. Xəmir 5-10 dəqiqə mayalandıqdan sonra, uzununa şəridlər kəsin. Bu şəridləri barmaqlarınızın ucu ilə yumrulayın. Sonra xırda kvadrat formada kəsin. Ayırdığınız xırda hissələri bir-bir şəhadət barmağınızı basmaqla çəkin. Çəkilmiş xəmiri əlinizlə bir qədər dartıb uzadın ki, qalın olmasın. Yapışmaması üçün unlayıb ayrı-ayrı yığın.

Qazanda su qaynadıb, duz əlavə edin. Çəkdiyiniz sürhüllüləri qaynayan suya əlavə edirik. Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığın.

Xəmir mayalanan müddətdə başqa bir qazana quru ət qoyub 3 st. su əlavə edin. Tam bişdikdən sonra ocaqdan götürün. Hazır şorbadan bolluca sürhüllülərin üzərinə gəzdirin, üstündən ət qoyun. Süfrəyə turşu və sarımsaqla verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir