su

Susuzlamaq nədən xəbər verir?

Baxış sayı: 1. 656

Əgər daim su içmək istəyirsiniz isə, buna səbəb həmişə isti və ya yediyiniz duzlu qida olmaya bilər.

Susuzlamaq – məşqdən sonra təbii haldır. Həmçinin istidə, duzlu və ya acı qidadan sonra. Bəs daim su içmək istəyənlər nə etsin, baxmayaraq ki, istənilən qədər su içə bilirlər? Bu nə qədər təhlükəlidir?

Pataloji susuzlamağın, elmi dildə desək polidipsiyanın iki əsas səbəbi var. Orqanizmdə suyun və duzun kəskin çatışmamazlığı zamanı dayanılmaz su içmək istəyi yaranır. Misal üçün, tərləmənin, diareyanın və qusmağın və çoxlu alkoqollu, kofeinli və duzlu içki və qidaların qəbulu nəticəsində.

Tibb işçilərin fikrincə daim susuzlamaq daha ciddi xəstəliklərin əlaməti də ola bilər. Bu panika üçün səbəb olmasa da, bəzi məlumatlara sahib olmaq yaxşı olardı:

* Hiperqlikemiya (qanda şəkərin yüksək miqdarda olması);
* Diabet;
* Şəkərsiz diabet (su balansının pozulması);
* Böyrək fəaliyyətinin pozulması (misal üçün, Fankoni sindromu);
* Su çatışmamazlığı;
* Qaraciyər xəstəlikləri (hepatit və ya sirroz);
* Qanaxma (misal üçün, bağırsaqlarda);
* Yanıq və ya infeksiya;
* Baş zədəsi;
* Psixoloji pozğunluqlar.

Məlumat üçün deyək ki, bəzi dərman preparatları da sizdə inanılmaz susuzlama effekti yarada bilərlər:

1. Sidikqovucu vasitələr. Hipertoniya, diabet və ürək çatışmamazlığı zamanı istifadə edirlər. Onlar tez-tez sidiyin boşalmasına yol açır və nəticədə orqanizmdə su çatışmamazlığına səbəb olurlar.

2. Tetrasiklin kimi antibiotiklər. Bakterial infeksiyalar zamanı istifadə olunur. Orqanizmdən natriyi çıxardır.

3. Litiy. Psixoloji pozğunluqlar zamanı istifadə olunur.

4. Fenotiazin. Psixoloji pozğinluqlar zamanı istifadə olunur, əsasən şızofreniyada.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir