su

Suyu soyuq içməyin 5 ziyanı

Baxış sayı: 618

İsti yay günlərində insanların əksəriyyəti buz kimi soyuq içkilərin istehlakına üstünlük verir. Onların fikrinə görə, məhz buz kimi soyuq su susuzluğu aradan qaldırmaq üçün ən yaxşı seçimdir. Lakin bu, heç də belə deyil. Əksinə, çox soyuq su orqanizm tərəfindən daha pis mənimsənilir və həmçinin insan sağlamlığına ciddi ziyan vurur. “Gencaile.az” soyuq suyun sağlamlığa 5 ziyanını təqdim edir.

 

1. Soyuq su yerli immuniteti (selikli qişaların immuniteti) zəiflədir və bu səbəbdən insanda soyuq mayenin qəbulundan sonra tonzillit (angina) inkişaf edə bilər.

2. Çox soyuq mayenin qəbulu damarların sıxılması nəticəsində güclü baş ağrısına, miqrenə, ürək tutmasına və hətta insulta səbəb ola bilər.

3. Soyuq mayenin qəbulu zəiflik və yuxululuq gətirir.

4. Dişləri korlayır, diş emalının üzərində çatların əmələ gəlməsinə səbəb olur. Dişlər üçün temperaturların növbələşməsi də çox ziyanlıdır – isti qida və soyuq içki, isti qida və dondurma.

5. Həzm sistemi üçün olduqca ziyanlıdır – həzm proseslərini pozur ki, nəticədə insan qarında ağırlıq, spazm, ağrılar hiss edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir