qadin

Təbii gözəlliyə sahib olmağın 7 QIZIL QAYDASI

Baxış sayı: 731

Təbii gözəl olmaq özünüzə fikir verməmək deyil. Karantin günlərində gözəllik salonlarına getmək məhdudiyyətinizə baxmayaraq, özünüz mənəvi cəhətdən, optimist düşünməklə özünü gözəl zənn edə bilərsiniz. “Gencaile.az” saytı  sizə təbii gözəl görünməyiniz üçün 7 qızıl qaydanı təqdim edir:

 

Gözəl olduğunuza inanın

Özünə güvənən bir qadından daha gözəl və daha təbii nə ola bilər ki?

 

Sağlığınıza diqqət göstərin

Təbii gözəl görünməyiniz üçün vacib olan budur.Balanslı olaraq, müxtəlif qidalar qəbul etməlisiniz. Rəqs edin, dostlarınızla gəzintiyə çıxın.

 

Dərinizi təmizləyin

Dərinizdəki ləkələr, sızanaqlar üçün bibər yağı istifadə edə bilərsiniz. Daha çox meyvə-tərəvəz yeyin. D və C vitamini toplayın. İsti sudan sonra üzünüzü soyuq su ilə yuyun və spirtsiz təzmiləyicidən istifadə edin.

 

Gözəl və sağlam saçlar

Saçlar diqqət çəkmək üçün hər zaman mükəmməl üsuldur. Siz nə qədər sağlam və xoşbəxt olsanız saçlarınız da o qədər gözəl görünür. Saçlarınızı yandıran fen və.s işlərdən əvvəl qoruyucu sprey sürtün.

 

Dişlərinizi fırçalayın

Gözəl bir gülümsəməkdən daha gözəl nə ola bilər? Dişlərinizi gündə ən azı 2 dəfə fırçalayın. Bu diş çürüməsini və diş əti aproblemləriniz azaldır. İldə 2 dəfə stomotoloqa müraciət edin.

 

Makyajınızı ifrat etməyin

Rəngli nəmləndirici, yumşaq ton kremi, şəffaf və ya çəhrayı tonlarda pomada və kremlə üzünüzə adi gözəllik verə bilərsiniz.

 

Kifayət qədər yatın

Yatmaq yaxşıdır amma lazımi qədər yatmırıq. Mütəxəssislər 9 saat yuxunun ideal olduğunu bildirir. Mütləq yatmazdan 2 saat öncə yemək yeməyi tərgidin. Kofein də istifadə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir