tecili yardim

Təcili yardım maşınına necə yol verilməlidir?

Baxış sayı: 178

Bu gün sürücülərimizin operatov nəqliyyat vasitələrinə yol vermək kimi bir problemi var. Hər kəs tıxacı bəhanə gətirirək TƏCİLİ YARDIM-a yol vermir. Və ya verə bilmir. Və ya yol vermək istəmir.


Zolaqların sayyından asılı olmayaraq biz operativ nəqliyyat vasitəsinə yol verə bilərik. Bunun üçün sadəcə bir qaydanı bilmək lazımdır. Sağda olan avtomobillər sağa ➡️, solda olan avtomobillər isə sola sıxlaşmalıdırlar. 2 zolaqlı yolda yolun eni 7 metrə yaxın olur, iki avtomobilin eni isə 4 metrə ‼️ bərabər olacaq. Zolaqlar üzrə düzgün yerləşməklə təcili yardıma 3 metrə qədər boş yer yaratmaq imkanımız var. Bunun üçün sürücülər bir zolaqda iki avtomobil olaraq hərəkət etməli deyillər? Bir zoloqdan iki və ya daha artıq zolaq yaratmayın. Kimə zolağını dəyişərək təcili yardıma yol verirsə, ona mane olmayın. Əyləci basıb zolağı dəyişib yol verməsinə imkan yaradın.

Çox zolaqlı yolda isə yol vermək daha asandır. Kənarlara doğru sıxlaşmaq və təcili yardıma yol vermək lazımdır.


Bəzən sürücülər sual verir ki, bəs təcili yardıma yol vermək üçün qırmızıda keçə bilərəmmi? Stop xətti və ya piyada keçidiniə daxil olmaqla qaydaları poza bilərəmmi? Mövzu insan həyatıdırsa, bəli, edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir