el

“Tətilçi” südəmərlə nə etməli?

Baxış sayı: 494

Tətil dedikdə, bütün insanların beyninə istirahət, asudə, xoş əhval, sakitlik və doyunca yuxu almaq kimi xoş məqamlar gəlir. Lakin körpəsi əmizdirmədə tətil elan edən anadan başqa. Tətilçi körpə dedikdə, xoşagələn istirahət deyil, işin kütləvi və mütəşəkkil surətdə dayandırılması anlayışı nəzərdə tutulur. Belə halda nəinki ananın rahatlığı pozulur, hətta bütün ilə çaxnaşmaya düşür. Körpənin süd əmmədə elan etdiyi tətilin əlamətlərini sadalayaq:

Sözün əsl mənasında “günün gündüz çağı” əmizdirilməkdə həvəsli olan körpənin əmməyə heç bir maraq göstərməməsi müşahidə olunur.

Körpə bütün hissləri və bacarıqları ilə döşdən imtina etdiyini göstərir.

Bu hal 1-5 gün müddətində davam edə bilər.

Körpə özü də döşdən imtina edərək “tətilə” çıxmağından narazı görünür, kürlük edir. Hətta döşə ani maraq göstərsə belə yenidən dəfələrlə imtina nümayiş etdirir.

Həm ana, həm körpə əhvalsız və gərgin olur.

Tətilçi körpənin anası bu cür gərgin və mürəkkəb anda özünü ələ almağa çalışmalı, südünün miqdarının azalmasına yol verməmək və sözsüz ki, körpəsini ac qoymamaq (bunun üçün döşdənkənar alternativ əmizdirmə üsullarından istifadə etmək olar) üçün fəal şəkildə südü sağmağa (əl və ya südsağanla) başlamalıdır. Unutmayın bu körpənin könül xoşluğu ilə baş verən ana südündən imtina halı deyil. Səbəb araşdırılmalı və aradan təcili şəkildə aradan qaldırılmalıdır.

Tətilin və döşdən imtinanın ehtimal olunan səbəbləri nələr ola bilər?

Körpənin əyninin qalın geyindirilməsi və döşə qoyularkən (sərin aylarda) əynində bir qat paltar olana (isti aylarda bezə və ya qısaqol və ayaqsız geyimə) qədər soyundurulmaması. Körpələr istilənərkən döşdən qəti şəkildə imtina edirlər.

Körpənin döşə qoyulmasında ananın səhv mövqeni tətbiq etməsi. Ən vacib məqamlar körpəni döşə qoyarkən onu tamamilə anaya tərəfə çevirməkdir (körpənin qarnı, böyrü yox, ananın qarnına söykənməlidir) və döşü səthi deyil ağzını geniş açaraq dərindən götürməyə sövq etməkdir. Daha ətraflı anlayış üçün videonu izləyin.

 

Əmərkən körpədə ağrının mövcudluğu və ya yaranması:

Başda hematomanın olması, körpücük sümüyün zədələnməsi və ya sınma halları, peyvənd olunan yerin ağrıması.

Körpədə ürək qüsuru.

Körpənin xəstəlik səbəbilə burun tutulması.

Körpənin boğazında ağrı və udqunmanın çətinliyi.

Əmizdirilərkən körpəyə təsir edən xoşa gəlməyən hadisənin baş verməsi və ya ananın keçirtdiyi kəskin stres.

Köprədə allergiya nəticəsində ağzında və qarnında ağrı və göynəmə hissinin yaranması.

Gilə çaşqınlığı adətən körpəyə süni əmziklərin və ya əmzikli şüşə ilə qidalandırılması nəticəsində yaranan xoşagəlməz bir haldır. Bəzən körpəyə bircə dəfə süni gilə vermək kifayətdir ki, körpə imtinalar etsin, ananın döşünü səhv götürərək zədələsin.

Anada hiperlaktasiya və ya südün təzyiqlə gəlişi.

Ananın döş gilələrinə krem, maz, məlhəm və ya xüsusi sürtkülərin çəkilməsi ilə əlaqədar sürüşkənliyin yaranması.

Ananın döşününü dolğunluğun yaranması. Dolğunluq müxtəlif səbəblər ucbatından yarana bilər.

Anasından bir müddətlik ayrı düşməsi zəminində stres və incikliyin olması.

Körpənin diqqətdən kənarda qalması-ailə münaqişələri, bayram hazırlıqları, qonaqlar, valideynlərin problemləri həll etməyə başlarının qarışıq olması.

Körpəsini əmizdirən ananın hamilə qalması və ya aybaşı olması südün dadında müəyyən dəyişikliklərə həssas uşaqlar imtina kimi özünü göstərməsi.

Ananın tərləməsi, istifadə etdiyi şəxsi qulluq vasitələrinin ətri və ya tamı.

Körpə əmizdirirlərkən  qorxma və ya diksinmə halları yaşaması.

Körpənin kobud şəkildə (xüsusən ağız nahiyyəsinin) müayinə olunması.

Əmizdirən anada mastit zamanı və ya sonrası südün duzluluq tamının artmasına görə körpənin imtina etməsi.

 

“Tətilçi” körpənin üstankarlığını necə yatırmalı?

“Səbr bütün qapıların açarıdır” deyimini bu halda da işə yarayır. Analara səbrli və israrlı olmaq gərəkdir.

Körpəni adəti üzrə sakitləşdirmək və onu rahatlayan vasitələrdən istifadə etmək.

Düzgün əmizdirmə mövqeyi tətbiq etmək, körpəni döşə qoyarkən zor tətbiq etməmək,

Köpərnin aclığını yatırtmaq üçün döşdən kənar vasitələrlə yedirtmək.

Əgər körpənizdə döşdən imtina müşahidə edirsinizsə və nəyin baş verdiyi tam anlamaqda və həll yolları tapmaqda çətinlik çəkirsinizsə “Babymama” mərkəzinin ana südü məsləhətxanasına müraciət etməkdən çəkinməyin. Burada sizə şəriştəli mütəxəssislər problemlərinizi sahmanlamağa yardım edəcəklər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir