krem hazirlamaq

Təbii gəncləşdirici kreminizi özünüz necə hazırlaya bilərsiniz?

Baxış sayı: 113

Gənc qalmaq, hamar dəriyə sahib olmaq hər bir qadının istəyidir. Bu istəyə çatmaq üçün isə biz xanımlar nələr-nələr etmirik ki?! Maskalardan tutmuş gözəllik mərkəzlərindəki prosedurlardan yararlanırıq, bəzən isə daha irəli gedib estetik əməliyyatlar belə etdiririk. Amma yaşlanmağın qarşısını almaq olmasa da, onun sürətini azalda bilərik.  Məsələn, evdə özümüzün hazırladığı təbii gəncləşdirici kremlə.

Təbii məhsullarla hazırlayacağınız bu krem bütün dəri növlərinə uyğundur. Dərini nəmləndirir, qırışları azaldır, yaşlanma müddətini gecikdirir. Yeddi gün istifadə etdikdən sonra nəticə sizi qane edəcək.

Lazım olanlar: 1 ədəd yumurta sarısı, 1 ç.q. badam yağı, 1 ç.q. zeytun yağı, yarım xörək qaşığı bal, 2 x.q. vazelin.

Kremi hazırlamaq üçün əvvəlcə vazelini buxarda əridin. Əridikdən sonra qabı buxardan götürün digər məhsulları da vazelinin üzərinə əlavə edin. Qatı kütlə əldə edənə qədər qarışdırın. Sonra şüşə bir qaba töküb ağzını da bağlayın. Dairəvi hərəkətlərlə təmiz dərinizə bu kremi tətbiq edin. Krem dərinizdə təxminən 1 saat qalmalıdır. Bu kremi yatmadan əvvəl istifadə etsəniz daha yaxşı olar. Soyuducuda saxlamağınız məsləhətlidir. Bir gündə 2 dəfə istifadə etmək olmaz. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir