seyahet

Tək səyahət edən xanımlar üçün ən təhlükəsiz 10 ÖLKƏ

Baxış sayı: 1. 367

Mütəxəssislər 35.000 qızı sorğu edib və məlum olub ki, onların yarısı həyatda ən azı bir dəfə tənha səyahət ediblər. Həmçinin, ekspertlər öyrəniblər ki, tək səyahətə çıxanlar hansı ölkədə özlərini daha çox təhlükəsiz hiss ediblər və başqalarına hara getməyi məsləhət bilirlər.

“Gencaile.az” xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, respondentlərin əksəriyyəti Rusiyanın Soçi və Simferopol kurortlarını, eləcə də Moskva və Sankt-Peterburq şəhərlərini qeyd ediblər. Qızlar bu seçimlərini, dil çətinliyinə görə çəkindikləri ilə izah ediblər və bu səbəbdən xaricə uçmadıqlarını deyiblər.

İkinci yeri Türkiyə tutub. Əksər respondent qızlar qeyd ediblər ki, onlar bir neçə dəfə Antalyaya səyahət ediblər və onun tarixi hissəsindən razı qalıblar. Sorğuda iştirak edənlərin heç biri səfər zamanı hansısa problemlərdən şikayətlənməyiblər.

Tənha turistlər üçün təhlükəsiz ölkələrin ilk beşliyinə İtaliya (Milan, Roma, Venesiya), İspaniya (Madrid və Barselona) və Almaniya (Berlin və Münhen) da daxildir.

Altıncı yeri Gürcüstan tutub. Səyahətçilər qeyd edirlər ki, son anda bu ölkəyə ucuz avia bilet tapmaq olur və vizaya ehtiyac yoxdur.

Yeddinci yerdə ruslar üçün sadələşdirilmiş giriş rejiminin olduğu Kiprdir: adaya viza pulsuz və cəmi bir günə həll olunur. Qızlardan biri “Ayya- Napa”da lap yüz dəfə tətil keçirməyə hazır olduğunu” etiraf edib.

Səkkizinci yeri Braziliya tutub: qızlar favela haqqında hekayələrdən qorxmurlar. Bir çoxları karnavalları görmək üçün oraya gəlirlər. Bir turist qız deyir ki, səfər zamanı öz sevgilisini tapıb və indi sevgilisi ilə bir yerdə səyahət edir.

Doqquzuncu yeri Yaponiya tutub. Bu, “tək qızlar üçün çox sakit bir ölkədir”, – turistlərdən biri deyib.

Onuncu yeri isə Finlandiya tutub.

Sorğu gedişində, turistlər həm də niyə tək səyahət etməyə üstünlük verdiklərini izah ediblər. “Bu, pula qənaət etmək üçün əla vasitədir, çünki biletlər standart olmayan tarixlərdə alınır, amma tək olmayanda yaxınlarınız üçün bu tarix uyğun olmaya bilər”.

Bundan başqa, “yol yoldaşının istirahət haqqında fərqli fikirləri var, buna görə ən yaxşısı tək getməkdir ki, xeyli muzeylərə gedə biləsən, ekskursiyalarda fırlanasan”, həm də “şəhərin atmosferi ilə tanış olub, özünü müstəqil hiss edəsən”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir