istirahet

Tətili zəhərə çevirən 6 situasiya

Baxış sayı: 1. 302

Çoxumuz üçün ilin ən önəmli dönəmi bu fəsildir. Bir il boyunca bir, ya da iki həftə ürəyimiz istədiyi qədər istirahət  edə bilmək, əylənmək, gəzə bilmək üçün çalışırıq əslində… Amma bəzən mükəmməl keçməli olan tətilimiz bizdən asılı olmayan səbəblərlə dadsızlaşa bilir.

Beləliklə,  Türkiyə mediasına istinadən Qurban bayramı günlərində ölkəmizdə və digər müsəlman ölkələrində istirahət edənlərin qarşılaşa biləcəyi problemləri təqdim edirik. Bu problemləri yay tətili üçün də keçərli hesab edə bilərsiniz.

 

1) Viza müraciətinin rədd edilməsi

Hələ qapıdan belə çıxmadan başınıza gələ biləcək ən pis ehtimal viza xahişinin rədd edilə bilməsi ola bilər. Bu, özəlliklə Şengen, İngiltərə vizası kimi, alınması çox çətin olan vizalar üçün keçərli bir durumdur. Bir çox fərqli kriteriyalara görə verilən vizalar üçün bir ön araşdırma aparmanız olduqca işinizə yarayacaq. Bu vizalara imtahana hazırlaşırmış kimi hazırlanmaqda və bir biləndən dəstək almaqda fayda var.

 

2) Çemodanınızın itməsi

Xüsusən uzaq məsafələrdə həyatı asanlaşdıran bəzi əşyalar bir çox hallarda başımıza dərd də aça bilər. Kabin həcmində olmayan çemodanlarınızı məcburən baqaj yerinə təhvil verməlisiniz. Bəzən aeroportların o məşhur sürüşən bantlarının qarşısında dəqiqələrlə gözləsəniz də, çemodanınızın gəlməməsi də ehtimallardan biridir. Bu durumda ağla gələn ilk ehtimal onun oğurlanması olsa da, başqa bir təyyarəyə yüklənmiş, ya da səfərə başladığınız ilk aeroportda saxlanmış ola bilər. Yaxşı, belə bir ssenari ilə qarşılaşdığınız zaman nə etməlisiniz? Öncəliklə sakitliyinizi qoruyub aeroport görəvlilərindən yardım istəyə bilər və çemodanınızı tapmaq üçün ətrafı axtara bilərsiniz. Ən önəmlisi də pulqabı, telefon və ya pul kimi sizi belə bir durumlarda xilas edəcək önəmli əşyalarınızı əl çantanızda saxlayın.

 

3) Əylənməyə getdiyiniz çimərlikdə bir gözünüzün daim çantanızda olması

Səyahət deyəndə ağlınıza yay tətilləri gəlir və bu tətillərimizi əsasən sahil bölgələrində, çimərliklərdə dənizin dadını çıxararaq keçirməyə çalışırıq. Amma yanımıza almaq zorunda olduğumuz çantamız zaman-zaman əsəb gətirən bir ünsür halına gələ bilər. Bir yandan dənizin və təbiətin dadını çıxararkən bir tərəfdən də sahildə qoyduğunuz çantaları müşahidə etmək zorunda qala bilərik. Bu durumun zaman-zaman itmə və oğurlanma kimi dadsız hadisələrlə nəticələnə bilir.

 

4) Uşaqlara göz-qulaq olmaq

Xüsusən təhlükəsiz ev aurasının xaricində və ya qələbəlik sahələrdə ana və atalar çox zaman uşaqlarına göz-qulaq olmaq panikası içinə girirlər, ya da keçirdikləri zamandan zövq ala bilməzlər. Ən vacib problemlərdən biri isə uşaqların ətraflarına duyduqları maraq və diqqət nəticəsində asanlıqla diqqət dağınıqlığı yaşayıb uzaqlaşa bilmələri ola bilər.

 

5) Pulqabı itirmək

Çoxumuz üçün səyahət yemək, içmək və yeni yerlər görmək mənasına gəlir. Bu durum eyni zamanda dolaylı yoldan pul xərcləməyə bərabərdir. Yəni, pulqabımızı 7/24 yanımızdan ayırmamalıyıq. Xüsusən ölkə xaricindəysək, pasport da pulqabımızla birlikdə yanımızda olur. Amma səyahətlərin mükəmməl olması kimi bir təminatdan söhbət gedə bilməz. Ona görə də pulqabınızı getdiyiniz bir yerdə unuda bilər, daha da pis ehtimalla oğurlada bilərsiniz.

 

6) Xəstələnmək

Səyahətləri, xüsusən də uzun zamandır istədiyimiz bir yerə gediriksə, dörd gözlə gözləyirik. Amma bədənimizin içinə girdiyi dəyişik tempə adaptasiya olmaya və xəstələnə bilərik. Səyahətlərdə xüsusən baş ağrısı, mədə pozğunluqları və günəş yanıqları geniş yayılan xəstəliklərdir. Bu səbəbdən yediyiniz yeməklərə diqqət etməli və günəşin zərərli təsirlərindən mümkün olduqca qorunmağa çalışmalısınız.

 

Sevinc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir