teyyare

Təyyarədə geyiminizə diqqət edin, yoxsa…

Baxış sayı: 901

Bu günlərdə İspaniyada baş verən hadisə dünya mətbuatının diqqətini cəlb etdi. Belə ki, ölkənin Malaqa şəhərində açıq-saçıq geyimlə təyyarəyə minən qadın “hava gəmisi”ndən düşürülüb. 31 yaşlı Harriet Osbornenin dərin sinə dekolitesi diqqət çəkib. Bundan başqa iki uşaq anasının busqalterdən istifadə etməməsi narahatlıq yaradıb. Bu səbəbdən stüardessa qadını təyyarədən endirib.

Ona bu paltarla təyyarəyə minə bilməyəcəyi deyilib.  İngiltərə vətəndaşı olan Harriet isə bu səbəbdən hava limanında gecəməli olub. O, məsələ ilə bağlı danışaraq stüardessanın addımını pisləyib: “O, bu cür davranışı ilə məni təhqir etdi. Özümü çox ucuz hiss etdim. Polisə də nəyə görə təyyarəyə alınmadığımı eşidəndə təəccübləndi”.

Qeyd edək ki, İspaniya kimi inkişaf etmiş ölkədə bu cür hadisənin yaşanması təəccüblü qarşılanıb. Lakin yayılan fotolardan da görmək olur ki, adın çəkilən qadın kifayət qədər açıq-saçıq geyimdə təyyarəyə minib. Buna görə onu tənqid edənlərin da sayı kifayət qədər olub.

Təxminən bu ilin mart ayında İngiltərənin Birminqem şəhərində yaşanmışdı. 21 yaşlı Emili Okonnorun təyyarədə yaşadığı biabırçılıq dünya mətbuatının gündəminə düşmüşdü. Belə ki, qadını geyiminə görə təyyarədən atmaqla hədələmişdilər. O, Birminqemdən Tenerifə uçarkən dekoltye geyiminə görə bu hadisə ilə üzləşib. Ona “üstünü örtməzsən səni təyyarədən yerə atarıq” sözü ilə hədələyiblər. Emili İngiltərənin Birminqem şəhərindən Kanar adalarına uçmaq üçün hava limanına gedib. Bilet alan qadın gözləmədiyi davranışla rastlaşıb. Ekipaj qadının geyimini göstərib təyyarəyə belə minə bilməyəcəyini bildirib. Emili isə baş verənləri tvitterdə bütün dünyaya yayıb. Məlum olub ki, 4 nəfərlik ekipaj Emilini də, baqajını da təyyarədən çıxartmaqla hədələyiblər. Okonnor hava limanında eyni paltarla gəzişib və problemlə üzləşməyib. Onun qohumu pencəyini Emiliyə verib və qadın təyyarəyə minib. Hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra şirkət Emilidən üzr istəyib.

Las-Veqasda da bu cür hal yaşanıb. Bir qadın həddən artıq açıq dekolteli paltar geyindiyinə görə onu təyyarəyə buraxmayıblar. Daha bir hadisə isə «American Airlines» ilə uçan sərnişinin başına gəlib. Belə ki, köynəyində ingilis dilində 4-hərfli söyüş yazıldığına görə pilot ona uçuş «dərsi verib». Sərnişindən xahiş edilib ki, «F…» sözünün üstünü örtsün. Sərnişinə köynəyi üstünə şal salmaq şərtilə uçmaq icazəsi verilib.

San-Fransisko Beynəlxalq Hava Limanında bir sərnişin geyiminə görə təyyarədən çıxarılaraq həbs edilib. Buna səbəb sərnişinin şalvarını beldən aşağı geyməsi olub.
Beləliklə, göründüyü kimi, aviaşirkətlər geyim kodeksi barədə əvvəlcədən məlumat verməsələr də, müəyyən sərhədlər gözlənilir. Məlumata görə aviaşirkətlər qeyri-etik sayılan qiyafətə görə təyyarədən uzaqlaşdırılan sərnişinin pulunu qaytarırlar.

Bəs “Azərbaycan Hava Yolları”nda da belə hallara rast gəlinib? Mövzu ilə bağlı qurumla əlaqə saxladıq. Qurumdan bildirildi ki, tezliklə bununla bağlı açıqlama veriləcək.

 

Bəs sərnişin təyyarəsində rəsmi olaraq geyim qadağası qoyan ölkələr varmı?

Xatırladaq ki, bir neçə il öncə Səudiyyə Ərəbistanına məxsus hava yolları şirkəti belə bir qadağa qoymuşdu. Belə ki, qaydalara görə , “Saudia Airlines” təyyarəsi ilə uçan qadınlar əl və ayaqlarını örtməli, kişilər isə şortik geyinməməlidir. Bundan başqa  qadınların paltarları çox şəffaf və dar da olmamalıdır. “Saudia Airlines” “dress-kod”a riayət etməyən sərnişinləri göyərtədən endirmək hüququnu özündə saxlayıb. Bu qadağa sərnişinlərin ciddi narazılığna səbəb olsa da, qadağa öz yerində qalıb.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir