teyyare

Təyyarəyə minmədən bu yazını oxuyun – MARAQLI DETALLAR

Baxış sayı: 1. 639

Təyyarə səfərlərini çoxumuz sevirik. Bizi mənzil başına ən tez çatdıran nəqliyyat vasitəsidir. Ayağımızı yerdən kəsir, dünyaya buludların üstündən baxmağımıza səbəb olur və sair və ilaxır. Bu aylar isə Azərbaycan insanı da daxil olmaqla dünya əhalisi üçün tətil dönəmidir. Uçurlar, uzaqlaşırlar, görmədikləri yerləri görmək, kəşf etmək üçün uzaq məsafələr qət edirlər. Amma bu səfərlər zamanı onları mənzil başına çatdıran təyyarə, uçuş sistemi və onun incəlikləri barədə o qədər də çox məlumatlı deyillər.

“Gencaile.az”  Türkiyə mətbuatına istinadən sizə bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

• Təyyarəni şimşək vurması hadisəsindən başlayaq. Havada olduğumuz zaman bunu çox da hiss etmirik. Amma təyyarəni pis hava şərtlərində tez-tez şimşək vurur.

• İki pilot uçuş zamanı əsla eyni yeməyi yeməz. Biri zəhərlənsə, digərinin səhhət baxımdan risk almaması üçün belə bir tədbir həyata keçirilib. Məsələn, əgər pilotlardan biri toyuq yeyirsə, o biri mütləq kotlet yeyir.

• Təyyarədəki ayaqyolunun kilidləri bayırdan açıla bilər.

• Heç də hər təyyarə səfəri bir və ya iki saat davam etmir. Çox daha uzun müddətli səfərlər zamanı pilotlar uçuş əsnasında yata bilirlər.

• Təyyarədə sizə verilən odeyal və balışı daha sonra heç kim yumur. Onu cəmi bir dəfə istifadə edirlər və bu, hər zaman belə nəzərdə tutulub.

• Stüardessalar yemək servisi üçün gecəni gözləməyi tərcih edə bilərlər. Bunun da səbəbi odur ki, həmin vaxt daha çox sərnişinin yatdığı saatlara təsadüf etdiyi üçün iş yükləri azalmış olur.

• Koridorlardakı işıq fövqəladə vəziyyətlər zamanı bayıra çıxmağa yardım edir.

• Uçuş zamanı sizə verilən qulaqcıqları da heç kim yumur. Amma onlar birdəfəlik istifadə üçün deyil. Ona görə də çalışın ki, onu istifadə etməzdən əvvəl yaş salfetlə siləsiniz.

• Təyyarənin fövqəladə durum üçün nəzərdə tutulan qapılarından sərnişinlər çıxmamış pilot və stüardessalar çıxa bilməz.

• Bəzi hava yolu şirkətləri işçilərinə təyyarə göyə qalxana qədər ödəmə etmirlər. Yəni, onların alacaqları pul uçuş sırasında nə qədər yaxşı işləmələrinə bağlıdır.

• Oksigen maskalarını da yaddan çıxarmayaq. Uçuş sırasında onun önəmini bizə dönə-dönə təkrarlasalar da, əslində onlar 15-20 dəqiqəlik ehtiyacı qarşılaya bilir.

• Daha bir maraqlı detal. Oturduğunuz oturacağın altında xilasedici gödəkçələri əksər hallarda sərnişinlər oğurlayırlar.

• Havada ikən içkilərin dadı adama daha gözəl gəlir. Çünki aşağı təzyiq içkilərin içindəki şəkərin daha çox ortaya çıxmasını təmin edir.
Bu səbəbdən də insanlara daha şirin gələn pomidor suyu uçuşlarda ən çox tərcih edilən içkilərdəndir. Havada yaranan bulantıya yaxşı təsir etdiyi üçün mineral su da tərcihlər sırasındadır.

• Havayolu şirkətlərinin qəribə qənaət üsulları var. Buna ən gözəl nümunə American Airlines şirkətidir. Onlar menyularından bir zeytun çıxararaq bir dəfə üçün 40 min dollar qənaət edib.

• Düşünülənin əksinə olaraq, təyyarədə tənəffüs etdiyimiz hava ən təmiz havadır. Çünki təyyarələrdə də xəstəxanalarda istifadə edilən hava filitrasiya texnologiyasından istifadə olunur. Təbii ki, bu, təyyarə havasında mikrob yoxdur mənasını vermir. Amma hər zaman ən təmiz hava təyyarələrdəkidir.

• Uçuşlardakı qəzaların 90 faizi eniş və qalxış zamanı olur. Uçuş zamanı qəzanın baş vermə ehtimalı çox nadirdir. Məhz bu səbəbdən eniş və qalxış zamanı insanların yerində oturması, eləcə də kəmərlərini taxması məcburidir.

• Can təhlükəsizliyi ilə yanaşı, ucuş öncəsi sərnişinlərin ağırlığı hesablandığı üçün eniş və qalxışlarda bir neçə sərnişinin eyni vaxtda yer dəyişdirməsi təyyarənin müvazinətində dəyişikliklərə səbəb ola bilər. Bu səbəbdən də sərnişinlərin yerində oturmalıdır.

• Pilotlar sizin təxmin etdiyinizdən daha çox yuxuya gedirlər. Amma buna görə qorxuya düşmək lazım deyil. Çünki avtomatik pilot dərhal dövriyyəyə girir və ya köməkçi pilot idarəni əlinə alır. Amma bu günə qədər hər iki pilotun yuxuya getməsi halları qeydə alınıb.

• Pilotların menyuları hər zaman sərnişinlərinkindən fərqlidir. Onlar sərnişinlərdən fərqli yeməklər yeyirlər. Üstəlik, onlara sərnişinlərin yeməklərindən fərqli olaraq hər şey özəl hazırlanır. Bunun səbəbi pilotların uçuş zamanı xəstələnmə ehtimalını ortadan qaldırmaqdır.

• Təyyarələrdə eniş və qalxış zamanı pərdələrin açıq tutulması lazım olduğunu bilirsiniz. Pərdələr qapalı olarsa, bu, bizim bayırı görməyimizə mane olar. Bu isə hansı tərəfin çıxış üçün daha təhlükəsiz olduğunu anlamağımızın qarşısını alar və ya buna görə vaxt itirə bilərik. Buna görə də pərdələri hər zaman açıq saxlamaq lazımdır.

• Gecə eniş və qalxış gerçəkləşdirən təyyarələrdə işıqların sönməsi, gecə gözlərimizi qaranlığa öyrəşdirmək üçündür. Hər hansı bir qəza vəziyyətində, işıqlar açıq olsaydı, gözlərin qaranlığa alışmaq üçün itirəcəyi bir neçə saniyəni qazanmaq məqsədi ilə işıqlar qapadılır.

• Uzun məsafəli səfərlərdə uçuşa məsul şəxslərin istirahət etməsi üçün gizli otaqlar düzəldilib. Təyyarənin tipinə görə istirahət otaqlarının da yeri dəyişir. Pilot istirahət otaqları əsasən kokpitin tam arxasında yerləşir.

• Tulaet axıntılarının çox vaxt havada ikən göy üzünə atıldığı barədə stereotiplər var. Əslində isə bu, təyyarənin zibil deposunda yığılır və təyyarə eniş edincə bu depo boşaldılır.

• 90 saniyə qaydası: Təyyarədə fövqəladə durum anında qaydalara uyğun olaraq, təyyarənin 90 saniyə içərisində boşaldılması şərtdir. Sərnişinlərin sayı, təyyarənin potensialı… kimi məsələlər burada heç bir rol oynamır.

• Təyyarə gecikmələri zamanı sərnişin haqları: Təyyarə gecikdiyi zaman məsafələrinə və gözləmə müddətinə bağlı olaraq dəyişən şərtlərdə də hava yolu şirkətləri sərnişinlərə yemək-içmək, otelə transfer və pulsuz telefon, internet xidməti təqdim etməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir