taksi

Taksilər niyə sarı rəngdədir? – 10 rəng, 10 məna

Baxış sayı: 209

Taksilər niyə sarı rəngdədir? Futbol topu niyə ağ-qara rəngdədir? Bu cür suallara aşağıdakı yazıda cavab tapa biləcəksiz..

Sizlərə həyatımızdakı 10 rəngin səbəb və mənasını təqdim edirik.

Futbol topları niyə ağ-qara rəngdədir?

Televizorda ilk dəfə canlı yayımlanan Meksikadakı 1970-ci il Dünya Çempionatı üçün “Adidas” ikon halına gələn qara-ağ naxışlı top istehsal edib.
Məqsəd isə futbolu ağ-qara televizorla izləyənlər, futbolçu və hakimlərin asanlıqla topu gözlə təqib edə bilmələri idi. O gündən bu yana futbol topu o cür qalıb.

Dollar niyə yaşıl rəngdədir?

1929-cu ildə aparılan çalışma nəticəsində banknotlar üçün ən dayanıqlı rəngin yaşıl rəng olduğu ortaya çıxıb. O gündən bəri yaşılın fərqli tonları Amerika dollarında istifadə olunub.

Karate qurşağları niyə qara rəngdədir?

Karatenin ən prestijli qurşağı olaraq qara qurşaqla bağlı bir çox əfsanə var. Ən geniş yayılanı isə budur: Karateyə ağ qurşaqla yeni başlayanlar hər yeni qədəmə çatdıqlarında kəmərlərinin rəngi dəyişir. Ən son və ən prestijli qara qurşaq da, digər bütün qurşaqları qazanmanın bir nəticəsi olaraq, bütün rənglərin qarışması nəticəsində qurşağın qara rəng alması ilə ortaya çıxır.

Amerikada məhkumların geyimi niyə narıncı rəngdədir?

Narıncı rəng həbsxana işçilərinin məhkumları rahatlıqla izləyə bilməsi üçün tez seçilən bir rəngdir. Ancaq hər yerdə belə deyil. Bəzi həbsxanalarda məhkumların geyim rəngləri onların əyalət və cəza dərəcələrinə görə müəyyən edilir.

Matadorların pelerini niyə qırmızı rəngdədir?

Bəziləri qırmızı rəng buğaları əsəbləşdirir deyə düşünürlər. Onsuzda buğalar rəng korudur. Bəs niyə qırmızı? Deyilənə görə, matadorla buğanın döyüşü zamanı ortaya çıxan qan minimum görünsün deyə qırmızı pelerin istifadə olunur.
Digər iddiaya görə, matadorlar bu rəngi izləyicilərə adrenalin vermək, hadisəyə diqqətlərini yönəltmək və həyəcan qatmaq üçün seçirlər.

Taksilər niyə sarı rəngdədir?

Nyu Yorkda 1905-ci ildə bir taksı çağırsaydınız, sizi getmək istədiyiniz yerə qırmızı-yaşıl rəngli taksilər aparardı. 1907-ci ildə Albert Rokuel bir taksi icad edib. Rokuelin arvadı bu taksinin sarı rəngdə olmasını istəyib. Buna görə 1909-cu ildən taksilər hər yerdə sarı rəngdədir.

Gəlinliklər niyə ağ rəngdədir?

Klassik ağ gəlinliklər bir Avropa trendidir. 1840-cı ildə evlənən qızlar hər rəng gəlinlik geyinərkən, İngiltərədə Kraliça Viktoriya özünə danteldən bir gəlinlik hazırlanmasını istəyib. Bununla ağ gəlinliklər qızlar arasında bir dəbə çevrilib.
Digər inanca görə, ağ saflıq, təmizlik rəngi olduğundan gəlin köçən qızlar bu rəngdə gəlinlik geyinir.

Fastfoodlar öz loqosunda niyə qırmızı rəngə üstünlük verir?

Qırmızı rəng qan təzyiqini artırır, adrenalinin yüksəlməsinə səbəb olaraq iştahanı da açır.

Təslim olma bayrağı niyə ağ rəngdədir?

Bir inanca görə, ağ barışıq rəngi olduğundan təslim olma bayrağı ağ rəngdədir. Digər yandan ağ rəngin əsgər geyimləri arasında ən yaxşı seçilən bir rəng olduğu düşünülür.

Balonlu saqqızlar niyə çəhrayı rəngdədir?

1928-ci ildə saqqız firması çəhrayı qida boyası qatılan saqqızın az yapışdığını və daha çox şişirildiyini ortaya çıxarıb. (Publika.az)