istirahet

Tam istirahət üçün neçə gün kifayət edir? – ARAŞDIRMA

Baxış sayı: 678

İldə bir dəfə uzun müddətli məzuniyyətdənsə, tez-tez istirahət etmək insana daha faydalıdır…

Yayın qızmar, lap adamı əldən salan vaxtıdır. Şəhərin hay-küyündən, maşınların tüstüsündən, tıxacından, ümumiyyətlə gündəlik sıxıcı, problemli həyatdan baş alıb getmək istəyirsən. Bahalı istirahətlər məlumdur, zatən zənginlərin həyatında istirahət günləri çoxdur, amma 11 ay işləyib məzuniyyət gözləyən, birtəhər qənaət edənlər gərək elə istirahət etsinlər ki, növbəti 11 aya yaxşı əhval-ruhiyyə ilə başlasınlar.

istirahet

Bəs neçə gün istirahət insan üçün ideal sayıla bilər?

Niderlandın Neymeqan universitetinin alimləri bu ideal günləri müəyyənləşdiriblər.

Ekspermentdə orta yaşı 42 olan 54 işləyən adam iştirak edib. Onlar 15 gündən 34 günədək uzanan istirahətə gediblər və məzuniyyətdən əvvəl və sonra özlərini necə hiss etməkdən danışıblar. Tədqiqatçılar müxtəlif faktorlarla – sağlamlığın vəziyyəti, yorğunluq, razı qalmaq, əhval-ruhiyyə, gərginlik və enerji səviyyəsi ilə maraqlanıblar.

ISTIRAHET

Eksperimentin gedişində məlum olub ki, məzuniyyətin 8-ci günüyaxşılaşmağa başlayıb. Məzuniyyətin səkkiz və ya 28 gün olmasından asılı olmayaraq, bir həftə ərzində onun gümrahlığı və keyfi əvvəlki səviyyəyə qayıdıb.

Alimlər onu da qeyd ediblər ki, sağlamlıq üçün ildə bir dəfə uzun müddətli məzuniyyətdənsə, tez-tez istirahət etmək insana daha faydalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir