Aysel Nazim

Tanınmış aktrisa: “Evim, lüks maşınım yoxdur, pullu sevgili hesabına yaşamıram” – MÜSAHİBƏ

Baxış sayı: 1. 302

Aktrisa-aparıcı Aysel Nazim “Yeni Müsavat”-a müsahibəsində yeni yaradıcılıq işlərindən, şou-biznesdəki ikiüzlülərdən və şəxsi həyatından bəhs edib. “Gencaile.az” saytı həmin müsahibəni təqdim edir.

 

– Rol aldığınız “Anbar” filmi aprel ayında təqdim olunacaq. Ötən həftə yayımlanan anonsdan bəlli oldu ki, filmdə tək tanınmış sima sizsiniz. Təklif kim tərəfindən gəldi?

– Tək tanınmış mən deyiləm. Dəyəri aktyorumuz Əjdər Zeynalov da rol alıb. O maskalı olduğu üçün anonsdan bəlli olmayıb. Təklif filmin rejissoru Aqil Nağıyevdən gəldi. Ssenari Aqil bəylə Faiq Novruza məxsusdur. Aqil bəy hər aktyorun üzərində işləyib. Uşaqlar da çox təbii oynayıb. Filmin böyük səs salacağına əminəm. Mən ginekoloq Mədinə obrazını oynayıram. Gərçək həyatdan götürülmüş hekayədir. Sonu dəyişdirilib. Bəlkə də, tamaşaçı da bu cür filmlərə acdır. Nə qədər komediya filmi olar?

 

– İlk dəfədir ki, qorxu filmində çəkilirsiniz. Çətinlik çəkmədiniz?

– Mənim fərqli obrazları canlandırmağa potensialım var. Dəlini də, ağıllını da, komediyada da, dramda da oynaya bilərəm. Çəkilişlərimiz çətin  şəraitdə idi. Qışda soyuq yerdə, anbarda baş tutdu. Çox üşüyürdük. Amma gözəl iş ortaya qoyduq.

– Türkiyədə keçirilən “Azərbaycan-Türkiyə kardeşlik gecəsi” adlı böyük mükafatlandırma mərasiminin təşkilatçılarından biri də sizsiniz. Ötən il Rəşad İlyasov ilə Ədalət Şükürov mükafatlandırıldı. Bu il siyahıda kimlər var?
– Bu müsabiqə çoxdan keçirilir. Biz ötən il qatılmışıq. Iki ölkənin məşhur simaları mükafatlandırılır. Bu il siyahıda 30 nəfər  olacaq. Burada hər sahədən insanlar var. Ən yaxşı müğənni, duet, aktyor, film mükafat alacaq.

– Rəşad İlyasovla Ədalət Şükürovun mükafat alması burada birmənalı qarşılanmadı. Deyildi ki, onlar çox iş görmür, niyə mükafat alıblar?

– Rəşad İlyasov əsasən kanon ifaçısıdır. Kanonu o ön plana çıxarıb. Biz siyahı göndərdik, Türkiyədə araşdırma aparıldı, müğənniləri dinlənildi və sonra Ədalət ilə Rəşad İlyasov seçildi.

– Bu il 7 müğənnimiz Altın Kelebek üçün seçilib. Yadınızdadırsa, ötən il Röya ilə Nigar Camal yarışırdı. Sonra Röya qalib gəldi və xanım müğənnilər arasına qalmaqal yarandı.

– Ötən ilki qalmaqaldan da, bu ilki namizədlərdən də xəbərim var. Bu il Aygün Kazımova, Səmra Rəhimli, Günay İbrahimli və başqalarıdır. Rozanın qalib gəlməsini istəyirəm. O, mənə böyük bacı kimidir. İnşallah, qalib gələr.

71b1fa57-be68-48b7-8abc-14c96d7cba6d.jpg (218 KB)

– Azərbaycanlı sənətçilər Türkiyəyə axın edir. Onların fəaliyyətini izləyirsiniz?

– Gülay Hüseynovanı, Kənan M. M ilə Elvin Əhmədovu izləyirəm. Kənan M.M-in “Savaşçı” serialında Xocalıdan danışması  öz təşəbbüsü ilə olub. Kənan sağ olsun. Qarabağ həqiqətlərini insanlara çatdırmaq bizim borcumuzdur. Növbəti Türkiyə səfərimdə Kənangili ziyarətə gedəcəyəm.

– Barış Manço üçün hazırlanan layihədə siz də yer almısınız. Nə zaman təqdim olunacaq?

– Barış Mançonun keçmiş meneceri Tamer Şahin  və Cem bəy Barış Mançonun ölümünün 20-ci il dönümü ilə bağlı böyük layihə hazırlayır. “Dönece” mahnısı 13 dilə tərcümə olunub və  oxunub. Azərbaycan dilində də mən oxudum. Mən onlara müğənnilərimizdən birinin oxumasını təklif etdim, amma razı olmadılar. Mənim musiqi təhsilim olsa da, müğənni kimi iddiam yoxdur.  mahnıya klip də çəkildi. Görək, tamaşaçılar bəyənəcək?!

– Tanınmışlar televiziyanı boykot ediblər. Səviyyəsiz verilişlərin yığışdırılmasını istəyirlər…

– Görmüşəm. Efir məkanı dəyişdirilməlidir. Biabırçı gündədir bəzi verilişlərimiz. Onlara qatılıram və kampaniyalarını dəstəkləyirəm.

– Bəzi məşhurlar deyir ki, yerli telekanalları bəyənmirlər, izləmirlər. Siz izləyirsinizmi?

– Əlbəttə, izləyirəm. Öz telekanallarımızda nələr göstərildiyini görməliyik.  Vaxt tapdıqca baxıram.

74b2a835-83e5-4b2d-8ea8-0a66024cbecc.jpg (117 KB)

– ARB-də yayımlanan “Canım sizə desin” verilişində  əməkdar artist Mehriban Xanlarovanın “Azəri Vandam”ı təkrarlaması, onun kimi təpik atması birmənalı qarşılanmadı. Tənqidlərdən sonra proqram bağlandı…

– O, Vandama oxşamır. Ona niyə Vandam deyirlər? Aparıcı olaraq, o verilişdə olanları özümə yaraşdırmıram. Şit hərəkətlər mənlik deyil. Bayağı sözlərdən istifadə etmirəm. Kamera qarşısında  qonağı tanımazlığa vurub, kamera arxasında ona təriflər deyənlərdən deyiləm. Bu o aparıcının kompleksli olmasından irəli gəlir. Ötən dəfə verilişdə başıma belə bir hadisə gəldi.

– İkiüzlüləri görəndə nə edirsiniz?

– Gülüb keçirəm. Onlar vecimə almıram. Amma mənə pislik etmək istəyənlərin də cavabını verirəm.

– Keçək bir az da şəxsi həyata. Bir müddətdir ki, nişan barmağınıza tək qaş üzük taxırsınız, amma bununla bağlı açıqlama vermirsiniz…

– Şəxsi həyatımda hər şey qaydasındadır. Hələ ki, bu barədə danışmaq istəmir. Zamanı gələndə açıqlama verəcəyəm.

de31a879-1bd5-43d8-97c5-23d03871e895.jpg (177 KB)

– Adətən övladı olan boşanmış qadınlar valideynlləri ilə yaşamaq istəmir. Siz isə ailənizlə  yaşayırsınız. Bu onların ya sizin seçiminizdir?

– Elə efirim yoxdur ki, anamgil izləməsin. Özümü çox şanslı hesab edirəm. Sevincimi, kədərimi onlarla bölüşürəm. Öz istəyimlə ailəmlə yaşayıram. Bir subay qardaşım var, evlənsə, o ayrı evə çıxacaq. Mən ana-atamla yaşayacağam. Ailə qursam, valideynlərimi yanıma aparacağam. Onlarsız qala bilmirəm.

– Tanınmış aktrisalar hər zaman onlara münasibətin birmənalı olmadığını  bilirik. Özləri də tez-tez deyirlər ki, onlara əxlaqsız təkliflər edilir. Sizi narahat edənlər olub?

– Mənə əxlaqsız təklif edən olmayıb. Kişi qadında o işığı görməsə, ona söz deməyə cəsarət etməz. Mən hər cür geyinirəm, amma məkana uyğun geyinib, davranıram. İnsanı geyiminə görə qarşılayıb, ağılına görə yola salırlar. Aktrisaların sözügedən təklifləri açıb-ağartması doğru deyil.

– Siz bir çox layihələrdə yer almısınız, serial və filmlərdə çəkilmisiniz. Amma lüks avtomobiliniz, eviniz yoxdur. Amma bəzi aktrisaların lüks həyat yaşaması və bunu gözə soxması, insanları qıcıqlandırır.

– Bilinir ki, kim nəyi hansı pulla alıb. Kimin kimin sevgilisi olduğunu bilirik. Başqasının hesabına  alınan malları, evi, maşını göstərmək görməmişlikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir