Tagi Huseynov

Tanınmış hüquqşünas: “Xəyanət etməyən kişi yoxdur”

Baxış sayı: 1. 943

Son 21 il ərzində Azərbaycanda boşanmaların sayı artıb.  Dövlət Statistika Komitəsinin məlumatına görə,  1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5669, 2005-ci ildə 8895, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764 boşanma qeydə alınıb.
Azərbaycanda ötən il boşanma hallarının yarısı – 6950-si uşağı olmayan ailələrdə qeydə alınır. Ötən ilki boşanmaların 2838-i 1 uşağı, 2976-sı iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınıb.  Ötən il 1 uşaqlı, iki və daha çox uşağı olan olan ailələr tərəfindən qeydə alınan boşanmaların sayı artıb.  Boşanmış uşaqlı ailələrdə olan uşaqların sayı 9378 olub. Onların 6540-sı iki və daha çox uşağı olan ailələrin övladlarıdır.

Ötən il 9378 uşaq boşanma nəticəsində valideynlərinin biri ilə qalıb.  Ölkə üzrə olan bütün boşanmaların 4253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1877-i Gəncə-Qazax, 636-ı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2 012-i Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-i Naxçıvan Muxtar Respublikasının payına düşür.

Bəs boşanmaların səbəbləri hansılardır? Bu barədə suallarımızı hüquqşünas Tağı Hüseynov cavablandırır:

Tağı müəllim,  ilk sualım cəmiyyətin ən ağrılı yeri olan boşanmalar haqqında olacaq. Siz uzun illərdir ki,  hüquq müdafiəçisisiniz və bu kimi hallarla çox qarşılaşmısınız. Necə düşünürsünüz,  boşanmaların əsas səbəbləri nədir?

– Boşanmalara ən böyük səbəb internetdir.  Bu gün xəyanət etmək üçün münbit şərait var.  Tələb həmin tələbdir, amma təkliflərin sayı artıb.  “İnstagram”, “facebook” kimi sosial şəbəkələrdən  hamı istifadə edir. Və burada müxtəlif  təkliflər olur.  Sosial şəbəkələrdə   gizlilik  və rahatlıq olduğu  üçün insanlar virtual həyatda sevgi münasibətləri qurmağa başlayır.  Zaman keçdikcə vəziyyət elə hal alır ki,  tərəflər arasında asılılıq yaranır. Sonra  kişi və ya qadın həyat  yoldaşının telefonunda bu tipli mesajları tapanda nəticə boşanma olur. Dünya statistikasında boşanmaların 50 faizi, Azərbaycanda isə 60 faizi  sosial şəbəkələr üzündən baş verir.Boşanmalarda ikinci əsas səbəb televiziyalardır.Fikir vermisinizmi seriallarda baş qəhrəmanların 99 faizi milyonçulardır.Heç kimə kasıbın həyatı maraqlı deyil. Ən az ya baş qəhrəman və ya ikinci rolda da olsa da o milyonçuların evləri, avtomobilləri, geyimlərigöstərilir. Xanımlarımız da çox səhv olaraq, onlara baxıb elə bilirlər ki, elə hamıdabelədir. Niyə mənim ərim az pul qazanır? Dəhşətli dərəcədə tələb artır.Seriallardamədəni münasibətlər var . Məsələn, tərəflər bir-birinə “ həyatım, əzizim, canım” kimi müraciət edir.İnsan bu kimi halları gördükdə düşünür ki, həyat mənə bir dəfə verilib, mənim həyat yoldaşım niyə belə ola bilmir?

Kişilər də müəyyən filmlərdə sevgili qadın obrazlarına baxıb, istəyirlər ki, öz həyat yoldaşlarından eyni münasibəti görsün. Görə bilməyəndə kişi başlayır axtarışa. Kişilər üçün asandır, o çox zaman çöldə olduğu üçün  öz istəklərinə ailəni dağıtmadan da çata bilirlər. Amma qadınlar mütləq surətdə ayrılır.
Boşanmalarda  30 faiz  səbəb isə ağsaqqallıq institutunun ləğv edilməsidir.  Bəzi kəndləri çıxmaq şərtilə el ağsaqqallarının mübahisə yaranmış ailədə mübahisəni  həll etməsi  “ağlınızı başınıza yığın, oturun” deməsi kimi hallar yığışdırılıb. İndi gənclər öz valideyinlərinə belə deyirlər ki, “ bizim işimizə qarışmayın”.

Biz deyirik ki, çox zaman avropalaşmışıq.  Amma biz  hələ Avropa və Şərqin arasındayıq. Əgər biz avropalı olmuş olsaydıq, bakirəlik arzulanmazdı. Biz şərqli olsaydıq, 2-3  arvadlılığı normal qəbul edərdik. Hələ biz özümüzdə hansı tərəfdə olduğumuzu bilmirik.

Qadınlarımız özlərini aldatmasınlar. Bütün kişilər xəyanətkardır. Xəyanət etməyənlər çox azdır. Onlar da Allahdan qorxanlar və dinə bağlı olanlardır. Onlar da ikinci dəfə kəbinlə evlənirlər. Ola bilər ki, kişi bir neçə il xəyanət etməsin, amma hamı edir.Mən kişilərin arasındayam, görürəm, xəyanət etməyən kişi yoxdu. Kişi ikinci qadın ala bilər, amma kişi öz ailəsini atmamalıdır. Qadınlar da bunu başa düşməlidir.
İdeal insan yoxdur,qadın da, kişi də bunu başa düşməlidir. Ailələrin dağılmasının əsas səbəbi 60 faizi sosial şəbəkələr, 15 faizi seriallar və ağsaqqallıq institutunun olmamasıdır.Kim ki deyirsə pulsuzluqdan ailə dağılır boş şeydir. İndi heç kim acından ölmür.

Qadın dayanıqlıdır, əgər kişi qadına diqqət göstərsə, qayğı göstərsə, qadın ayrılmır. Kişi isə fitrətindən elə yaradılıb ki,gərək həyatında qadın olsun.Buna görə də, kişilərdə çox qadın olur.

– Boşanmalar zamanı daha çox hansı problemlər yaşanır?

– Boşanmaların  sayı gündən günə artır. Bu problem hamımıza toxunur.  Çünki hamımızın evində uşaq böyüyür və  hamımızın subay yaxınları var. Ailə kiçik cəmiyyətdir. Hər dəfə bir ailə dağıldıqca, bu, cəmiyyətə  zərbə vurur.  Boşanmalar zamanı bir çox problemlər  – uşaqların kiminlə qalması, onların maddi təminatı, əmlak bölgüsü və s. – ortaya çıxır.

Çox zaman kişilər birgə nikah dövründə əmlak alarkən öz adlarına deyil, yaxınlarının adına alırlar ki, sabah boşananda qarşı tərəfə heç nə verməsinlər.Əgər nikah rəsmiləşdirilməyibsə,birgə nikah dövründə əldə edilən heç bir əmlak bölümə bilməz. Mən istərdim ki, bunu xanımlar unutmasın və gəlin köçən zaman nikahın rəsmiləşdirilməsinə çalışsın.

Boşanma zamanı qadın da, kişi dəsilah kimi uşaqdan istifadə edir. Və uşaq vasitəsilə bir-birini asılı vəziyyətə salırlar. “ Uşağı göstərmərəm” deyib bir birini şantaj edirlər.

Əslində uşaq kimdə qalmalıdır?

– Ailə Məcəlləsinin 52 –ci maddəsində qeyd olunur ki, uşaqlar 10 yaşına çatanda onların fikri soruşulur.  Onlara valideyinlərindən birini seçmək hüququ verilir. 10 yaşına qədər  isə uşaq ananın yanında qalır.  Uşağın 10 yaşına qədər anasının yanında qalması məsələsi Azərbaycan qanunvericiliyində yoxdu.  Ölkə daxilində qəbul edilmiş heç bir qanunvericilikdə  uşağın anada qalamsı barədə maddə yoxdur. Bu məsələ beynəlxalq qanunvericiliklə tənzimlənir.  Uşaq  Hüquqları Konvensiyasında qeyd edilir ki, istisna hallar olmaqla  uşaq 10 yaşına qədər ananın yanında qalır.

Boşanmış qadının hansı hüquqları var?

– Uşaq onda qalırsa, aliment almaq hüququ var.  Ailə Məcəlləsinin 76-cı maddəsində qeyd olunur ki,  uşaq ananın yanında qalırsa, atanın rəsmi gəlirinin  bir uşağa görə 25 faiz və ya 4/1, iki uşağa görə, 3/1 –i, 3 və ya daha artıq uşağa görə isə 50 faizi tutulur.  Yox, əgər atanın rəsmi iş yeri yoxdursa, gəliri qeyri stabildirsə,  o zaman  Məcəllənin 78-ci maddəsinə əsasən sabit pul məbləğində  aliment təyin edilir. Həmin məbləğ 2016-cı il üçün 117 manat nəzərdə tutulub. Bu yaşayış minimumu haqqında qanuna əsasən tənzimlənir. Və uşaq 3 yaşına çatana qədər anaya uşağı saxlamaq üçün əlavə pul məbləği təyin edilir. Məsələn, bu məbləğ 50-100 manat ola bilər. Uşağın 3 yaşı tamam olandan sonra bu məbləğ kəsilir.

Bundan əlavə birgə nikah dövründə əmlakın bölünməsi və qadının pay hüququ var.Ailə Məcəlləsinin 32-ci maddəsindəqeyd edilir ki, birgə nikah dövründə qazanılmış pullar (qadın vəkişinin əldə etdiyi pullar)və bu pulla alınmış əmlak bölünür. Ailə Məcəlləsinin 34-cü maddəsində qeyd edilir ki, əmlak vərəsəlik yolu ilə keçərsə və hədiyyə yolu ilə keçərsə və əvəzsiz əqddirsə bunlar bölünmür.

Məhkəmə zamanı hakim əmlakı bərabər bölməyə də bilər. Hakimlərin belə hüququ var. Bu da 37-ci maddədə nəzərdə tutulub.Məsələn, ananın yanında iki uşaq qalır.Uşaqlar üçün aliment kəsilir. Əgər uşaqlar xəstədirsə, onların aylı müalicə xərcləri varsa, hakim əmlakın 3/2 hissəsini anayavə ya ataya verə bilər.
Qanunvericiliyə görə, aliment uşağa 18 yaşına kimi verilir. Lakin uşaqhansısa təhsil müəssisəsində təhsilini davam edirsə, uşağın işləmək imkanı olmadıqda aliment davam etdirilir. Biz bu yaxınlardaboşanmalar və nikah haqqındamaarifləndirici buraşur hazırlamağı da dşünürük. Büraşürlər pulsuz paylanacaq. (Ekspress.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir