AILE

Tanınmış psixoloq: “Başqalarından bunları etməyini gözləməyin” – SİYAHI

Baxış sayı: 143

“Zaman-zaman hər birimiz başqalarını xoşbəxt etmək üçün onların istədiyi kimi davranır və qarşılığında onların da bizim gözlədiyimiz kimi davranmağını istəyirik”.

Kliniki psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva bildirir ki, bu düşüncə və davranış tərzi son dərəcə yanlışdır və insanları hər zaman xəyallarının alt-üst olmasına gətirib çıxarır. O, hər bir şəxsin ətrafınızdakı insanlardan gözləntilərinizi minimuma endirmək üçün fikirlərində bəzi dəyişikliklər etməli olduğunu bildirir:

terane pasayeva

1. Başqalarının sizinlə eyni fikirdə olmağını gözləməyin;

2. Başqalarının sizə sizdən daha çox hörmət etməsini gözləməyin;

3. Başqalarının sizin nə düşündüyünüzü bilməyini gözləməyin;

4. Başqalarının sizin xəyalınızda canlandırdığınız kimi biri olmasını gözləməyin;

5. Başqalarının sizin üçün dəyişəcəyini gözləməyin;

6. Başqalarının sizin daha yaxşı hiss etməyiniz üçün səy göstərməsini gözləməyin;

“Unutmayın hər bir insanın özünəxas düşünməyə, özü üçün ən doğru olanı etməyə haqqı var və sizi hamıdan çox sevməli, anlamalı, hörmət etməli olan insan siz özünüzsünüz”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir