Tom Hanks

Tanınmış ulduzlara əzab verən xəstəlikləri

Baxış sayı: 1. 400

Milyonlarla dollar qazanan və möhtəşəm villalarda yaşayan tanınmışların da özünə görə dərdi var. Moda, kino və TV dünyasının bir çox məşhuru həyat keyfiyyətlərini pozan, yataqdan çıxmalarına mane olan və hətta həyatı təhlükə daşıyan xəstəliklərlə mübarizə aparır.“Gencaile.az” Axşam.az-a  istinadən həmin məşhurları təqdim edir;Tanınmış aktyor Çarli Sheen dörd ildir qiçs virusundan əziyyət çəkir.

“Modern Family” (Müasir ailə) filmi ilə məşhurlaşan gənc aktrisa Sarah Hylandın uşaqlığından bəri “böyrək displazisi” ilə mübarizə aparırmış. Böyrəklərin anormal inkişafı kimi tanınan bu xəstəlik insanın sağlamlığını əlindən alır. Ancaq gözəl aktrisanın həyatını atası xilas edib. O, 2012-ci ildə atasının bir böyrəyinin ona nəql edilməsi sayəsində həyata qayıdıb.

Müğənni Miley Kruzun ürəyi normadan artıq döyünür. Bu vəziyyəti müğənnini çox narahat edir. Gənc müğənni “Səhnədə belə, ürəyimi düşünmədiyim bir an belə olmur”, – deyə bildirib.

Məşhur aktrisa Halle Berry şəkər xəstəliyindən əziyyət çəkir. Sağlamlığına və qidalanmasına diqqət edən aktrisa, xəstəliyinin irsi xüsusiyyətini nəzərə alaraq, qızı Nahlayaya da kiçik yaşda sıx pəhriz tətbiq etdiyi bildirilir.

“Gələcəyə dönüş” filmi ilə tanınan aktyor Maykl J.Fox isə parkinson xəstəliyinə tutulanda hələ 30 yaşında idi. Əvvəllər xəstəliyini gizlədərək, karyerasını davam etdirən aktyor, 1991-ci ildə bu xəstəliyə yoluxduğunu hər kəsə bəlli edib.

Bir müddət əvvəl fanatlarını göz yaşlarına boğaraq, həyatla vidalaşan Prins 2009-ci ildə epilepsiya xəstəliyinin olduğunu açıqlamışdı. O zamana kimi xəstəliyini sirr kimi saxlayan müğənni, “Daha öncə bu mövzu haqqında heç vaxt danışmamışam. Amma doğulduğum gündən bu xəstəliyi daşıyıram”, – deyə bildirmişdi.

Selena Gomez bu günə qədər gizli saxladığı həqiqəti müsahibələrinin birində açıqlayıb. Gomez ona lupus xəstəliyi (orqanizmin birləşdirici toxumalarının zədələnməsi) diaqnozunun qoyulduğunu və buna görə kemoterapiya aldığını bildirib.

Pamela Anderson 2002-ci ildə gepatit c-yə yoluxmuşdu. Anderson sosial mediadan bu xəstəlikdən tamamilə xilas olduğunu bəyan edib.

Aktyor Tom Hanks diabet xəstəsi olduğunu açıqlayıb. O, filmlərdə canlandırdığı obrazlara görə, kilo alıb, verməsnin bu xəstəliyə yol açdığını qeyd edib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir