sevgi

Tanışlıq zamanı edilən 6 SƏHV

Baxış sayı: 790

“Flört” həyatınızın ən əyləncəli və ya ən pis vaxtı ola bilər! Söhbət tanışlığın ilk mərhələsindən, sevgili olana qədərki münasibətdən gedir.

“Flört”ün əyləncəli olub-olmamasını sizin və qarşınızdakının davranışları müəyyənləşdirir. “Flört” edərkən həyəcanlanaraq bəzi səhvlər edə bilərsiniz. Bu səhvlərdən bəzilərini düzəldə bilərsiniz, ancaq yenicə qurulan münasibəti sona çatdıracaq səhvlər də var.

Beləliklə, ən pis 6 “flört” səhvini təqdim edirik:

“Yapışqan” olmaq

Yalnız bir neçə görüşdən sonra davamlı olaraq zəng vuran, nəfəs aldırmayan və “yapışqan” olan insan qarçısındakına narahatlıqdan başqa heç nə verə bilməz. “Flört” etmək bir-birini tanımaq, lakin həyatlarına tam qarışmamaq deməkdir. Bir-birinizi sıxmaq yerinə, bu müddətdə anı yaşamaq daha məsləhətlidir.

Pul məsələləri

Tanış olduğunuz insan pul düşkünü deyilsə, cüzdanınızın nə qədər dolu olması ilə maraqlanmayacaq. Davamlı olaraq evi, avtomobili və maddi vəziyyəti haqqında danışmaq dünyanın ən impulsiv davranışıdır. Münasibəti möhkəmləndirmək üçün puldan deyil, hislərinizdən danışın.

Özünü səhv təqdim etmək

Heç vaxt olmadığınız biri kimi davranmayın. Özünüzü yanlış təqdim etmək yalan üzərində bir əlaqə qurmaqdır və unutmayın ki, yalan əlaqələr qısa müddətdə pozulur. Dağıntılar altında qalan da siz olacaqsınız!

Keçmişi üzə çıxarmaq

Hər kəs bir-birinin keçmişinə hörmət etməlidir. Hörmət edib qəbul edirsə, münasibət qurmalıdır. Bununla tamamilə razıyıq. Ancaq qarşınızdakı insan hörmət edir deyə söhbət əsnasında keçmiş sevgiliniz haqqında danışa bilməzsiniz. Bu, yazılmamış bir münasibət qaydasıdır! Əgər keçmiş münasibətlərinizi müzakirə etmək istəyirsinizsə, dostlarınıza yazın, “flörtünüzə” deyil.

Həmişə “mən, mən” demək

Hələ yenicə çiçəklənmiş bir əlaqəni tez bir zamanda bitirən başqa bir səhv, özünüz haqqında çox danışmaqdır. Əlbəttə, qarşındakı insanın səni tanıması üçün özün haqqında danışmalısan. Lakin bunu qarşı tərəfi əhatə edən bir söhbətlə aparın. Özünüzlə bağlı hər şeyi bir dəfəyə açıqlamayın. İcazə verin suallar verərək sizi tanımağa çalışsın.

Gözlərə hakim ola bilməmək

Gözəl, yaxud da yaraşıqlı birini görəndə hamımız çevrilib geriyə baxdığımızı qəbul edirik. Ancaq görüşdə olarkən gözünüz qarşınızdakı insanda olsun, ətrafınızdakılarda deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir