film

Tarixə düşən sevgi hekayələri

Baxış sayı: 195

Bu yazıda dünya tarixində ən məşhur sevgi hekayələrindən danışacağıq. Tarixə iz qoyan sevgi münasibətlərini təqdim edirik:

Mark Antoni - Kleopatra

Mark Antoni və Kleopatra

Qədim Misir kraliçası Kleopatra və onun sevgilisi, Roma sərkərdəsi Mark Antoni haqqında rəvayyətin iki mindən çox yaşı var. Bu iki tarixi şəxs Misir imperiyasını yaratmaq arzusunda idilər, lakin bu ambisiyalar onları qüdrətli Roma imperiyası ilə birbaşa münaqişəyə gətirib çıxarmışdır.Miladdan əvvəl 31-ci ildə onlar Oktavianın rəhbərliyi altında Roma qoşunları tərəfindən darmadağın edilmiş və carəsizlikdən özlərinə intihar etmişdilər.Bu əfsanəvi məhəbbət əhvalatı Hollivudun 60-ci il blokbasteri “Kleopatra” filmində əks etdirilib.

 

Napoleon və Jozefina

Jozefina ilə tanış olanda Napoleonun cəmi 27 yaşı var idi.Cəsarətli qadın ilk baxışdan Napoleonun qəlbini fəth etməyi bacarmışdı. Jofezinaya vuruluran Napoleon, sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina dünyaya varis gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndikdən sonra, tərk edilmiş qadın dünyasını dəyişir.Onlar ayrılsalarda Napoleon onu unuda bilmir.Qeyd edək ki, Napoleonun sevdiyi qadına yazdığı  səkkiz məktubu 1933-cü ildə Londonda hərracların birində dörd min funta satılmışdı.

Napoleon - Jozefina

Volter və Emili

Məşhur filosof Volterin və Emilinin sevgisi də bir dastana çevrilib.Emili Markiz de Şateletlə evli olsa da, sevgisinə məğlub olaraq Volterə qoşulub qaçır. Başqa ölkəyə köçən cütlük bir müddətdən sonra evlənir. Lakin nədənsə Volter  yaşlandıqdan sonra Emili onu tərk edir. O, gənc bir oğlana qoşularaq İngiltərəyə qaçır.

 

Çar NikolayII və Aleksandra Fyederovna

Nikolay- Rusiyanın gələcək çarı olan Nikolay II alman şahzadəsi Aleksandraya aşiq olur.Lakin  hər iki tərəfin ailəsi bu sevdaya qarşı çıxırlar. Amma onlar məhəbbətlərini gizlətmirlər və birlikdə yaşamağa başlayırlar.Çox təəssüf ki ,onların məhəbbəti  yarımçıq qalır, çünki Rusiyada bolşeviklər qalib gəldikdən sonra Aleksandra və Nikolayı birlikdə edam edirlər.

Çar NikolayII - Aleksandra Fyederovna

Riçard Burton və Elizabet Teylor

Riçard Burton və Elizabet Teylor Antoni ilə Kleopatradan bəhs edən film də daxil olmaqla bir çox əsərdə birlikdə oynayıblar. Onlar  bir-birlərinə qarşı hiss etdikləri sevgiyə, ehtirasa dayana bilməyib evli olduqlarına baxmayaraq eşq yaşamağa başlayıblar. Sonra evlənən cütlüyün sevgisi uzunömürlü olmur və  onlar boşanırlar. Lakin  üstündən 16 ay keçdikdən sonra yenidən qovuşurlar.

Xuan - Yeva Peron

Xuan və Yeva Peron

Uzun illər ərzində hərbçi olmuş Argentina prezidenti Xuan Dominqo ilə Yevanın məhəbbəti xalqda rəğbət hissi oyatmışdı və dillərə düşən bir dastana çevrilmişdi. Çox kasıb bir həyat yaşayan Yeva Xuanla tanış olduqdan sonra onun ağlını başdan almağı bacarmışdı. O, Xuandan çox gənc olsa da, amansız xərçəng xəstəliyi onları ayırır.

Edvard - Vallis Simpson

Edvard və Vallis Simpson

Şahzadə Edvard  amerikalı Vallis Simpsona aşiq olandan sonra İngiltərə monarxiyası üçün son dərəcə vacib dəyişikliklər etdi. Həmçinin qeyd etmək lazımdır ki, Vallis Simpson evli idi. Lakin buna baxmayaraq, 1934-cü ildə Vallis ərindən ayrıldı və şahzadə ilə birliktə yaşamağa başladı. 1936-cı ildə İngiltərə kral, olan Edvard burada tərtib olunan qanunlara görə Vallislə evlənə bilməzdi. Buna görə Edvard öz tacından imtina edərək, sevib-seçdiyi qadınla ailə həyatı qurdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir