usaq qatiller

Tarixə damğasını vuran uşaq qatillər

Baxış sayı: 712

Adını eşitdiyimiz, hətta “Bu cinayətləri necə etdi?” deyərək təəccübləndiyimiz bir çox qatil var. Ancaq bu yazıda sizi qatillərin uşaqlar olması təəccübləndirəcək.

Beləliklə,  xarici KİV-ə istinadən yaşları və törətdikləri cinayətlərlə tarixə damğasını vuran uşaq qatillər haqda məlumatları təqdim edirik.

Görəsən, bu uşaqlar dünyaya gələndə qatil idilər, yoxsa cəmiyyət onları qatil etdi? Niyə bu uşaqlar bu cinayətləri törətdilər? Oxuduqdan sonra özünüz bu suallara cavab tapacaqsınız.

 

1. Katerine və Kurtis Cones

Katerine və Kurtis… Ailələri yanlarında olsaydı taleləri çox fərqli ola biləcək iki uşaq…

13 yaşındakı Katerine, kiçik qardaşı Kurtisə bir müddətdir yaxın qohumlarından uğradığı cinsi istismarı danışmaq qərarına gəlir. İllər əvvəl analarının tərk etdiyi bu iki uşaq atasına və onun sevgilisinə  baş verənləri danışırlar. Amma nə atası, nə də sevgilisi uşaqlara inanmır. Bundan sonra 1999-cu ildə uşaqlar sükutlarını pozaraq atalarının şəxsi silahını götürür və atəş açırlar. Nəticədə atalarının sevgilisi hadisə yerində ölür. Bu hadisənin sonunda iki uşaq 18 il həbs cəzasına məhkum edilir. Ömrünün qalan hissəsini nəzarət altında keçirəcəklərinə qərar verilir.

 

2. Andrey Qolden və Mişel Conson

Dostlarının məktəbdə lağa qoymasından bezən 13 yaşlı Mişel, dostlarını qorxutmaq üçün əmisi oğlu 11 yaşlı Andreydən kömək istəyir. Bu iki əmioğlu ailələrinin ov tüfənglərini götürür və yola çıxırlar. 1998-ci ildə hər ikisnin həyatını qaraldacaq bir gündə, məktəbinə gedirlər və yanğın siqnalını işə salırlar. Sinifdən qaçan hər kəsə atəş açan ikili, Mişelin 4 sinif yoldaşını və müəllimini öldürürlər. Çox balaca olduqlarına görə 21 yaşında sərbəst buraxılırlar. Hazırda Andrey iş tapmaqda çətinlik çəkir. Mişel isə yenidən həbsxanaya girib.

 

3. Kristian Fernandez

1999-cu ildə 12 yaşlı Bianella Susana təcavüzə uğrayır və hamilə qalır. 9 ay sonra isə Kristian Fernandez dünyaya gəlir. İki il sonra, Kristian Fernandez Florida küçələrində çılpaq gəzərkən tapılır. Bu zaman nənəsi narkotik qəbul edirdi. Kristian bütün həyatı boyu istər cinsi, istərsə də mənəvi olaraq istismara məruz qalmışdı. Cəmi 8 yaşında olarkən, Kristian məktəb həyətində bir heyvanı öldürür. 1991-ci ildə Kristian 2 yaşlı kiçik qardaşı ilə birlikdə tərk edilir. Körpə qardaşına baxmağa məcbur qalan Kristian onu döyərək öldürür. Onun, sadəcə 12 yaşı var idi. Bu cinayətdə Kristianın anası da günahlandırılıb. Çünki anası evə gəldikdən 8 saat sonra təcili yardıma zəng vurub və 2 yaşlı oğlunun qan içində tapdığını deyib.

 

4. Lionel Tate

12 yaşlı Lionel Tate güləş həvəskarı idi. 1999-cu ildə televiziyada Dvayn Consonun güləş hərəkətlərini görür və 6 yaşlı Tiffani Yunikdə sınamağa qərar verir. Lionel Tiffaninin üstünə ağırlığını o qədər çox salır ki, ağırlığı 6 yaşlı Tiffanini öldürür. İki il sonra Lionel ömürlük həbs cəzasına məhkum edilir. Həbsinin üçüncü ilində cəzası azaldılır və 10 il ev dustağı olması şərti ilə 2004-cü ildə sərbəst buraxılır. 2006-cı ildə pizza sifarişlərini çatdırmaqla məşğul olan adamı soyduğuna görə yenidən həbs edilir.

 

5. Meri Bell

Yenicə 11 yaşına girən Meri Bell və dostu öldürməyin necə bir şey olduğu ilə maraqlanırdılar.  Onlar insan öldürmək qərarına gəlirlər. 1968-ci il mayın 25-də 4 yaşlı uşağı boğan Meri Bell, bir neçə həftə sonra 3 yaşlı uşağı da boğaraq öldürür. Sonradan Birləşmiş Krallıqda məhkum edilir və 21 yaşında sərbəst buraxılır. Sərbəst buraxıldıqdan sonra Meri şəxsiyyət vəsiqəsini dəyişdirərək yoxa çıxır.

 

6. Con Venables və Robert Tompson

1993-cü ildə iki yaşlı Ceyms Patrik Bulger anası ilə İngiltərədə alış-veriş edirdi. Bu vaxt dərsdən qaçan 10 yaşlı Con Venables və Robert Tompson iki yaşlı uşağı qaçırmaq, işgəncə vermək və sonra öldürmək qərarına gəlirlər. Və belə də etdilər. İki yaşlı Ceymsi qaçıraraq işgəncə verirlər, sonra onu kərpic və daşla döyüb öldürürlər. Daha sonra da meyiti qatar yoluna atırlar. Hər iki uşaq qətlə görə həbs edilir. Biri 18 yaşına çatanda buraxılır.

 

7. Amarcet Sada

Amarcet Sada, bir yaşdan kiçik üç oyun yoldaşını öldürüb. O üç nəfərdən biri bacısı, digəri isə əmisi oğlu idi. Üçünü də ağacla döyərək öldürən 8 yaşlı Amarceti ailəsi cəzalandırmır və bir müddət gizlədilir. Sonra bu dəhşətli cinayətlərin arxasında Amercetin olduğu bilinəndə onun haqqında həbs qərarı verilir. Hindistan qanunlarına görə 18 yaşında sərbəst buraxılan Amarcet 2017-ci ildə azadlığa çıxır. İndi haradadır, nə edir? Bilinmir.

 

8. Karl Neyton Mahan

Karl Neyton Mahan Kentukkinin şərqində varlı bir ailənin oğlu idi. Karl və dostu bir şey tapıb satıb pul qazanmaqla məşğul idilər. 1929-cu il mayın 18-də Karl və 8 yaşlı dostu Cecil bir metal parçası tapıb satmağa qərar verirlər. Sonra aralarında mübahisə yaranır. Cecil həmin metalla Karlın üzünə vurur. Bir çox uşaq kimi ağlamaq və valideynlərinə şikayət etmək əvəzinə, Karl evə qaçır və atasının silahı ilə geri dönür. Silahı Cecilə göstərir və deyir: “Səni vuracağam”. Dediyini də edir.

Məhkəmə 6 yaşlı uşağa nə edəcəyini bilmir və onu ailəsinə təhvil verərərk islahat məktəbinə göndərmək qərarına gəlir.

 

9. Mişel Hernandez

2004-cü ildə 14 yaşlı Mi.el Hernandez bir şey göstərmək istədiyini bəhanə edərək ən yaxın dostunu hamamda öldürür. Polis Hernandezin bacısı da daxil olmaqla bir neçə tələbəni öldürməyi planlaşdırdığını da aşkar etmişdi.

 

10. Brenda Ann Spencer

1979-cu il Klivlend hadisəsində 16 yaşlı Brenda Ann Spencer yataq otağının pəncərəsindən məktəbinə atəş açır. Səkkiz nəfər yaralanır, iki nəfər ölür. Ölənlərdən biri uşaqları qorumaq istəyən müəllim idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir