adamlar

Tarixdə izi qalan ən vahiməli adalar

Baxış sayı: 1. 423

Tarix boyu coğrafi xəritələrdə qəribə adlı və haqqında min bir əfsanə dolaşan ərazilər olub. İnanclı dənizçilər çox vaxt qızıl və gümüş dolu sahillərdən, cəhənnəmdən gələn heyvanlardan, ruhlar diyarından bəhs edərdilər.

“Gencaile.az” dünya xəritəsinin ən vahiməli ərazilərinin siyahısını təqdim edir.

 

Şeytanlar adası

Маргарита де ла Рок де Роберваль несколько лет провела на острове Демонов. | Фото: ancient-origins.net.

XVI-XVII əsrlərin xəritələrində Nyufaundlənd sahili ətrafındakı Şeytanlar adası təsvir edilmişdi. Adaya dəhşət doğuran adı bura tez-tez gələn dənizçilər vermişdilər. Onlar sahildə tez-tez vahiməli, tükürpədən səslər eşitdiklərini və burada cəhənnəmdən qaçan qorxunc varlıqların yaşadıqlarını iddia edirdilər. Günlərin bir günü dənizdə baş verən burulğan nəticəsində dalğalar fransızların gəmisini sahilə atır. Marqarita adlı qadından savayı hər kəs faciəvi şəkildə ölür. Şeytanlar adasında yalnız qalan qadın bir neçə il burada həyat uğrunda mübarizəyə qalxır. Xilasedici komanda izinə düşüb onu qurtaranda, Marqarita burada şahid olduğu vəhşətdən dəliyə çevrilmişdi.

Bu ərazi hazırda Şimali Atlantikanın tərkib hissəsidir. Alimlər hesab edirlər ki, insanlarda vəhşət doğuran bu uğultular, səngiməyən zarıltılar burada yaşayan vəhşi ördəklərin səsi də ola bilər. Çünki onlar xüsusən də cütləşən zaman çox qəribə səslər çıxardırlar.

 

2 Antiliya və Satanazes

XV əsrdə yaşamış dənizçilər Pireney yarımadasının qərbində Antiliya və Satanazes adlı iki nəhəng ada kəşf etmişdilər. Bu ərazilər haqda da uzun illər müxtəlif əfsanələr, miflər dolaşdı. Bəziləri deyirdilər ki, bura VIII əsrdə müsəlmanlardan qaçan 7 rahibin məskunlaşdıqları ərazidir. Digərləri isə iddia edirdilər ki, adaya yaxınlaşan kimi torpaqlar yox olur, ərazi gözdən itirdi.

Bir gün şaiə yayılır ki, Antiliya torpaqlarına qızıl səpələnib. Bu xəbər İspaniya və Portuqaliya krallarının qulağına çatır və uzun müddət ada uğrunda qanlı müharibə gedir. XV əsrdə həm Antiliya, həm də Satanazes adaları dünya xəritəsindən silinirlər.

Рука Сатаны, хватающая судно. Томас Уэнтворт Хиггинсон, 1911 год. | Фото: ru.wikipedia.org.

Santazes adasının taleyi isə daha qorxuludur. Adaya verilən adın mənası “şeytan” deməkdir. Dənziçilər iddia edirdilər ki, adanın sahillərində sualtı şeytanlar yaşayır və gəmilər sahilə yaxınlaşan kimi şeytan iri əli ilə onları tutub, suyun dibinə çəkir. Bu vahiməli hadisələr çox vaxt yüzlərlə can alırdı.

 

3. Atlantida

Классическое представление Атлантиды как греческого города, скрытого под толщей воды. | Фото: yaplakal.com.

Mifik Antantida ilk dəfə Platonun əsərlərində xatırlanır. Bundan əlavə Strabon və Herodot da Atlantida haqda yazıblar. Əsərlərdə Atlantidanın Atlantik okeanın sahilində yerləşdiyi haqda məlumat verilir.

Atlantida eramızdan 1500 il öncə vulkan püskürməsi nəticəsində Yer üzündən silinib.

 

4. Eeya

Богиня Цирцея и ее свиньи. Кобхем Брюер, 1892 год. | Фото: en.wikipedia.org.

Yunan mifologisında Eeya cadugər ilahə Sirseyin üzən evinin adıdır. Sirsey ömrünün çoxunu atasının ona hədiyyə etdiyi bu evdə keçirərmiş. Evinə yaxınlaşan dənizçiləri öncə öz cazibəsilə ovsunlayar sonra isə donuza çevirərmiş. Bu evin son dayanacağının Qafqaz dağları və ya İtaliya ərazisi olduğu iddia edilir.

 

5. Baralku

Avstraliyanın yerli əhalisi arasında Baralku adası haqda əfsanələr dolaşır. Onlar hesab edirlər ki, bu ada tanrıların məskənidir və insanlar öləndən sonra ruhları ora köçür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir