Eynar Maqnus

Tarixin qadına çevrilən ilk kişisinin FACİƏVİ HƏYATI: Saysız yumurtalıq əməliyyatı və… – FOTOLAR

Baxış sayı: 1. 418

Eynar Maqnus kişi olaraq evləndi, sonra özü kimi rəssam həyat yoldaşı Gerda ilə qadın paltarları geyinərək pozalar verdi. Arvadı tərəfindən homoseksuallığı qəbul olunurdu. Hətta, qadın cildinə girərək yoldaşı ilə lezbiyan əlaqə yaşayan Eynar özünə Lili Elbe adı verərək tarixin ilk ictimailəşən transeksualı oldu.

“Gencaile.az” Publika.az-a istinadən Eynar Maqnus haqqında yazını təqdim edir:

1882-ci ildə dünyaya gələn Eynar Maqnus Vegener Kopenhagen İncəsənət Məktəbinə gedərkən həyat yoldaşı Gerda Qottlieb ilə tanış olur. 1904-ci ildə 22 yaşında ailə qurur. Hər ikisi istedadlı rəssam olsalar da Gerda Eynara nəzərən daha çox şöhrət qazanırdı. Eyni il Şarlottenborq İncəsənət Qalereyasında rəsmlərini sərgiləmə fürsəti tapan Gerda mükafat qazanır. Bu mükafatdan sonra məşhur moda jurnallarının da marağını çəkən Gerda “Art Deko” cərəyanının birincilərindən olur. Gerdanın badam gözlü qadın obrazı geniş şöhrət qazanır və haqqında geniş müzakirələr açılır.

Eynar Maqnus

Hər kəsin marağına səbəb olmuş qadın obrazının prototipi əri Eynar idi. Yeni başlayacağı rəsm seriyası üçün qadın modelin poza verməsinə ehtiyac duyan Gerda naturaçının gəlmədiyini biləndən sonra ərinə kömək üçün müraciət edir. Yalnız kimsənin bilməməsi şərtilə bu təklifi qəbul edən Eynar pozalar verib arvadına köməkçi olmağa çalışır. Beləliklə, Eynar Lili adı ilə qadın cildinə girib cazibədar qadın paltarları geyinməyə başlayır. Bu onların münasibətlərinə də əlavə rəng qatmağa başlayır.

Gerdanın rəsmlərdəki çəkdiyi qadının kişi olduğu gerçəyi 1913-ci ildə ortaya çıxır. O illərin Danimarkasında xoş qarşılanmayan bu vəziyyət bütün ölkədə böyük sensasiyaya səbəb olur. Mənfi reaksiyalara görə cütlük o illərdə ən rahat yaşayacaqları tək şəhər olan Parisə köçürlər. Parisdə yaşadıqları qeyri-adi həyat tərzini gizlətmirlər. Hətta gecə çölə çıxarkən Eynar rahatca qadın paltarları geyinirdi. Yaxınları tərəfindən cütlüyün əlaqələri bilinsə də, başqaları Lili Elbe adındakı qadını Gerdanın bacısı bilirdilər.

1930-ci ildə qadınlıq duyğularını fiziki olaraq da həyata keçirmək üçün Eynar əməliyyat olunur. Əməliyyat sonrası cütlüyün evlilikləri də qüvvədən düşür və Gerda İtalyan diplomat ilə evlənərək Mərakeşə köçür.

Əməliyyatdan sonra Lili Elbe rəssamlığı atır. Bədəninə yumurtalıq yerləşdirmək üçün ikinci dəfə əməliyyat olunur. 26 yaşında bir qadından özünə yumurtalıq köçürdür. Lili Elbenin bədəni yumurtalıqları qəbul etmir və onun çıxarılması üçün 4 dəfə əməliyyat aparılır. Bu əməliyyatlar zamanı həkimlər Lili Elbenin bədənində inkişaf etməmiş yumurtalıqların olduğunu müəyyən edirlər. Aydın olur ki, Lili hər iki cinsin xüsusiyyətini daşıyır. Məhz bu səbəbdən o, kişi olmasına baxmayaraq qadın hisslərini ifadə edirmiş. Həkimlərdən bu vəziyyəti öyrənən Lili öz uşağını doğma arzusu ilə ölüm riskinə baxmayaraq bətn nəqli üçün 5-ci əməliyyatına girir. Bu əməliyyatdan bir müddət sonra 13 sentyabr 1931-ci ildə 49 yaşında dünyasını dəyişir və qadın olaraq dəfn olunur.

Onun ölümünün saxta olduğu, rahat həyat yaşamaq üçün belə bir plan işə saldığı da deyilir.

Eynar Maqnus




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir