ParmesanlI Toyuq

Tavada parmesanlı toyuğu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 692

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tavada parmesanlı toyuğun hazırlanması haqda danışacağıq.

 

İnqrediyentlər

4  ədəd toyuq filesi

2 ədəd yumurta

3 x.q. parmesan pendiri

2 stəkan çörək qırıntısı (suxarik)

100 qram yağ

 

Hazırlanma mərhələsi

Toyuq filesini streç paketin arasında döyüb nazikləşdirmək lazımdır. Təxminən 5 mm qalınlığında olmalıdır. Sousu hazırlamaq üçün bir qazanın içərisində yumurta qaynadılır. Qabıqları soyulur. Mətbəx robotundan qaynadılmış yumurta, pendir, xardal, kapri qatı sous halına gələnə qədər keçirilir. Sous qatılaşana yaxın az-az zeytun yağı əlavə olunur. Sous hazırdır. Geniş boşqabda yumurta çırpılır. Başqa boşqaba isə çörək qırıntıları ilə pendir əlavə olunur, qarışdırılır. Yağ tavaya əlavə olunur və əridilir. Toyuq fileləri əvvəlcə yumurtaya, sonra isə parmesan çörək qarışımına batırılaraq tavada hər iki üzü qızılı rəng alana qədər bişirilir. İsti halda boşqaba qoyulur, üzərinə salsa verde sousu əlavə olunaraq servis edilir. Nuş olsun!

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir