Təbii sakitləşdirici – albalı… Albalının heç bilinməyən faydaları

Baxış sayı: 1. 436

Görünüşü və dadı ilə iştah açan yayın ən dadlı meyvələrindən albalı min bir dərdə dərmandır.

Albalının A, B və C vitamini, maqnezium və kalsium baxımından zəngin olduğunu söyləyən prof. dr. Ziya Mocanın fikrincə, təbii sakitləşdirici olaraq bilinən albalı sinir sistemini də gücləndirir. Həmçinin bilinməyən olduqca çox faydası vardır…

– Tərkibindəki A vitamini ilə dərini gözəlləşdirir.

– Uşaqların inkişafında yardımçıdır.

– Qan damarlarının sağlamlığını qoruyur.

– Bədəni toksinlərdən təmizləyir.

– Yüksək pektin maddəsi və həll olunan liflər sayəsində xolesterolu azaltma təsirinə malikdir.

– Fosforla zəngin albalı sinir sistemini gücləndirir.

– Sakitləşdirici xüsusiyyətə malikdir.

– Müntəzəm albalı yeyilməsi Alzheimer xəstəliyinə qarşı da təsirlidir.

– Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı qoruyucudur.

– Hər gün bir ovuc albalı yeyin.

– Albalının tərkibindəki flavonoidlər oynaq xəstəliklərinə faydalıdır.

– Podaqra və revmatoid artrit xəstəliyi olanların albalı yeməsi ağrılarını azalda bilər.

– Albalının sapları sidikqovucudur.

Lakin hər şeyin ifratı zərər olduğu kimi, albalının da yeyilməsində dozasına diqqət edilməli, xroniki xəstəlikləri olanlar yeməməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir