Telefon nömrəsini səhv yığan oğlanın gələcək baş nazirə sevgi etirafı – Timoşenkonun ilk məhəbbəti – FOTOLAR

Baxış sayı: 1. 307

55 yaşlı bu qadının yolu yaxın tarixdə Ukraynadakı “narıncı inqilab”ın ən fəal iştirakçıları sırasından keçib. O, Viktor Yuşşenkonun prezidentliyi zamanı ölkənin baş naziri işləyib, Viktor Yanukoviçin hakimiyyəti zamanı isə həbsxana həyatı yaşayıb. 2014-cü ilin əvvəlində uzun sürən Maydan hərəkatı nəticəsində Yanukoviçin ölkədən qaçması Timoşenkonun həbsxanadan çıxmasına da səbəb olub. “Batkivşina” partiyasının lideri indi Ali Radanın deputatıdır və siyasi proseslərdə o qədər də fəal deyil. Bununla belə, Ukraynanın müstəqillik tarixində bu qadının da adı özünəməxsus yeri var.

Timoşenkonun siyasi fəaliyyətində hansısa sürprizlərin olduğunu iddia etmək bəlkə də olmaz. Ancaq onun şəxsi həyatında sürprizlər olub. Bunlardan birincisi onun ilk məhəbbəti ilə bağlıdır.
Modern.az “İlk məhəbbət” rubrikasında bu dəfə Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkodan bəhs edib.
“Gencaile.az” həmin yazını təqdim edir.
O 1960-cı il noyabrın 27-də Vladimir Qriqyan və Lyudmila Teleqinanın ailəsində dünyaya gəlib. Kiçik yaşlarında atasız qalıb, Yuliyanın cəmisi 3 yaşı olanda atası evdən gedib.
Yuliyanın sevgi macərası isə 16 yaşı olanda başlayıb. Məhz həmin yaşda onun gələcək əri Aleksandrla tanışlığı başlayıb. Oğlan, sadəcə telefon nömrəsini səhv salıb, ancaq xəttin o başındakı səs onu cəlb etdiyindən dəstəyi asmayıb. Yliya oğlana qulaq asıb və başa düşüb ki, onunla görüşmək istəyir.  Saşa cəsarət edib Yuliyanı görüşə çağırıb.
Lakin məlum olub ki, bu qıza sahib olmaq o qədər də asan deyil. Yuliya bəyan edib ki, tanımadığı şəxslə telefonla danışmır. Ancaq Saşa gənc və israrlı idi. Beşinci zəngdən sonra qız görüşə razılaşıb. Birinci görüşdə Saşa həyəcanlandığından bütün lətifələri yadından çıxarır. Bu halda qarşısındakı gözəli maraqlandırmaq üçün nəsə etmək lazım idi. Aleksandr riyaziyyat və fizika üzrə gözəl biliyini nümayiş etdirməklə qızın könlünü almağa çalışır.
Yuliyanın “mənə niyə bu qədər yaxın olmaq istədin” sualına Aleksandrın cavabı belə olur: “Yəqin ki, səsin. Belə bir nəzəriyyə var: İnsanların baxışları görüşürlər.
İnsanlar baxışları görüşdürürsə, deməli, onlar başa düşməlidir ki, tale də onları görüşdürür. Bütün bu təsadüfi dəqiqələr mənim xoşbəxt biletim olub, nömrəni səhv salmışam, ancaq qız baxımından səhv etməmişəm.
Gənc tələbə cütlüyü yaranıb. Onlar birlikdə dərslərini oxuyublar, konsertə gediblər, dostları ilə görüşüblər, valideynlərinə qonaq gediblər. 1979-cu ildə 19 yaşlı Yuliyanın Aleksandr Timoşenko ilə toyu olub. Onlar bal ayını Yaltada keçiriblər, Krım sahillərində yumşaq günəşdən doyunca həzz alıblar. Artıq bir il sonra, gənclərin hələ 20 yaşları tamam olmayanda, Jenya adlı qızları dünyaya gəlib. Aleksandr Timoşenko məşhur xanımının dəmir iradəsi barədə danışıb:
“Bizə həmişə bir yerdə çox maraqlı olub, ancaq onun qız kimi çox güclü xarakterə malik olduğu üzə çıxanda mən anladım ki, onun böyük gələcəyi var. Yuliyanın bir dəfə məişət şəraitində həyatı üçün təhlükə yaranıb. O az qalsın ki, ölsün. Cəld reaksiya verib və hər şey ötüb keçib… Ola bilsin ki, məhz bu hadisə onun qeyr-adi qabiliyyətini üzə çıxarıb”.
Aleksandr gənc arvadını sevib əzizləməyi bacarırdı. Oğlan o zaman üçün 100 rubl olan əmək haqqının böyük hissəsini Yuliya üçün bər-bəzəyə sərf edib. O, arvadına gül-çiçək hədiiyə etməyi unutmazdı, Aleksandr sevdiyi xanımına tez-tez belə xoş sürprizlər etməyi xoşlayıardı. Onu o qədər sevir, o qədər heyran qalmışdı ki, öz hərəkətləri ilə bunu göstərməyi unutmurdu.
Həyat Yuliya ilə Aleksandra çoxlu xoşbəxt və kədərli günlər qismət edib. Onlar tez-tez aryı düşüblər, tale onların bəxtinə hər dəfə xoşagəlməz sürprizlər çıxarıb.
Aleksandr bir müddət qızı Yevgeniya ilə Londona köçüblər, Yuliya həmin vaxtlar siyasi karyerasına təzəcə başlamışdı. Yuliya Timoşenkonun şəxsi həyatı medianın gözündən gizlədilsə də, onun çoxsaylı sevgililəri haqda şayiəylər də peyda olub. Onu ölkənin ən nüfuzlu siyasətçiləri ilə sevgi romanı yaşadığını da yazıblar.
Müxtəlif dövrlərdə kütləvi informasiya vasitələrində Timoşenkonun məhəbbət macəraları haqda provakasiya xarakterli sərlövhələr olub. Onun məşhur Pavel Lazarenko ilə sevgi romanından yazılıb, Aleksandr Turçinovla romantik münasibətlərinin olduğu haqda da mediada müxtəlif xəbərlər dolaşıb.
İctimaiyyətin və tarixin yaddaşında Yuliya Timoşenkonun “Qazprom”un o vaxtkı rəhbəri Rem Vaxirovla danışıqlara mini yubkada gəlişindən sonra ikincinin Ukraynadan qaz borcunu yubanmadan ödəmək tələbindən vaz keçməsi kimi məqamlar da qalıb. KİV-də hər zaman odun üzərinə benzin tökərək Yuliyanın şəxsi həyatını izləməklə onun adına yeni sevgi romanları yazılıb. Qadın-siyasətçinin sevgililərinin siyahısında Aleksandr Zinçenko, Nestor Şufriç, Boris Nemtsov, hətta Rusiya prezidenti Vladimir Putin də olub. Bunlardan hansı ilə Timoşenkonun gerçəkdən sevgi romanı yaşadığını sübut etmək isə heç vaxt mümkün olmayıb.
Yuliya Timoşenko 2011-ci il oktyabrın 11-də həbs edilib. Həbsxanada olduğu müddətdə onun Aleksandrla telefon danışığının video yazısı sosial şəbəkədə yayılıb. Yuliya həmin danışıqda deyir: “Mənim ən böyük bayramım – bu, sizinlə danışığımdır”.
Aleksandr həbsxanaya ilk görüşə ürəyində həyəcan yollanıb. Burada qarşısına qanuni arvadı çıxanda nə hiss edib? Aleksandr həmin günü belə xatırlayır: “Təmkinli, makiyajda və saçı daranmış – həmişə olduğu kimi. O, qızımla qarşımıza cinsdə, ağ futbol köynəyi və krassovkada gəlmişdi. Bilirsiniz, məni nə təəccübləndirdi? Onun ətirinin iyi”.
O, istənilən situasiyada qadın olaraq qalıb, həmin sevimli xanım kimi, onun obrazı ərinin nəzərində tələbəlik illərində olduğu kimi dəyişməzdir.
Ukraynanın baş naziri Arseni Yatsenyuk ötən ilin sonlarında “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonu seksual zorakılıqda ittiham edib. Yatsenyuk fransalı jurnalistlərə Ali Radadakı fraksiya rəhbərləri ilə normal münasibətlərdə olduğunu, yalnız “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko ilə yola getmədiyini bildirirdi. Baş nazir Timoşenkonun ona dəfələrlə intim təkliflər etdiyini qeyd edirdi.
“2014-cü ilin əvvəllərindən başlayaraq Yuliya Timoşenko dəfələrlə mənə intim əlaqəyə girməyimizi təklif edib. Mən evli olduğumdan buna heç vaxt razı ola bilməzdim” -, deyə Yatsenyuk bildirib.
Yatsenyuk həmçinin Timoşenkonu “seksual yırtıcı” adlandıraraq ondan uzaq gəzdiyini deyib: “O, hər dəfə məni görən kimi yenidən intim təkliflər etməyə başlayır. Ondan dəfələrlə sərt formada buna son qoymasını tələb etsəm də, nəticəsi yoxdur”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir