telefon

Telefon səhhəti “baltalayır” – ARAŞDIRMA

Baxış sayı: 1. 021

Avstraliyanın Kvinslend Texnologiya Universitetinin mütəxəssisləri mobil telefonun səhhətə necə təsir etdiyini araşdırıb. Novator.az-ın məlumatına görə, 18-83 yaş arası 709 telefon istifadəçisi arasında keçirilmiş sorğuya qatılan hər beş qadından və hər səkkiz kişidən biri yorğunluq və əzginlikdən şikayət edib.

Avstraliyalı ekspertlərin sorğuya cəlb etdiyi mobil telefon istifadəçilərinin bir çoxu yuxusuzluqdan, iş məhsuldarlığının azalmasından, sükan arxasında risklə üzləşməsindən və ağrıya məruz qalmaqdan gileylənib.

Sorğu qadınların 24%-nin, kişilərin 15%-nin telefon istifadəsinə görə ciddi problem yaşadığını üzə çıxarıb.

2005-ci ildə aparılmış analoji sorğu ilə müqayisə aparan mütəxəssislər o vaxtdan bəri mobil telefon istifadəsinin doğurduğu səhhət problemlərinin 18-24 yaş qrupunda 40,9%, 25-29 yaşlı insanlar arasında 23,5% artdığını vurğulayırlar.

2019-cu ilin sonuna dünyada mobil telefon istifadəçilərinin sayının 2,5 milyard nəfəri aşacağını bildirən ekspertlər texnologiyaların insan həyatına müdaxiləsinin daha da artacağını ehtimal edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir