wi-fi

Telefonları enerji ilə Wi-Fi dolduracaq

Baxış sayı: 1. 276

Vaşinqton Universitetində işləyən alimlər Wi-Fi-ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək “Power Over Wi-Fi” texnologiyasını hazırlayıblar. İstehsalçı bildirib ki, bu texnologiya “Jawbone” fitnes bilərziyini 2,5 saat ərzində 41 faizədək enerji ilə doldura bilir.

Qeyd edək ki, cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.

“Gazeta.ru” saytı yazır ki, sözügedən texnologiyanın əsas özəlliyi ondadır ki, eyni zamanda həm cihazı enerji ilə doldurmaq, həm də “Wi-Fi” şəbəkəsindən istifadə etmək mümkün olacaq.

Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir