telefon

Telefonunuzu kimin dinlədiyini bilmək istəyirsiniz? – Mütləq oxuyun

Baxış sayı: 801
Mobil telefonunuza kiminsə qulaq asdığını bilmək üçün sizə 8 məxfi kod lazımdır.
“Gencaile.az “Baku.ws-a istinadən mobil telefonun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edir:
1) * # 06 #. İstənilən smartfonun IMEI nömrəsini bilməyə imkan verir.
2) * # 21 #. Daxil edilmiş möbil nömrənin ünvanıı dəyişdirilməsi haqqında informasiya almaq olur — zənglər, mesajlar və başqa məlumatlar da bura daxildir. Əgər kimsə sizi güdürsə bu variantdan istifadə etməklə bunu müəyyən etmək olar.
3) * # 62 #. Bu komandanın köməyi ilə siz telefonunuz söndürülmüş və şəbəkə əhatəsindən kənarda olduğu zaman nömrəyə daxil olan çağırışların ünvanını dəyişdirə bilərsiniz.
4) # # 002 #. Zənglərin istənilən ünvanını dəyişmək xidmətini dayandırır. Beləliklə, zəngləri yalnız siz qəbul edə bilərsiniz.
5) * # 30 #. Zəng edən abunəçinin nömrəsinin təyin edilməsi barədə informasiya verir.
6) * # 33 #. Xidmətlərin (zənglər, SMS və başqa məlumatlar) bloklanması haqqında informasiyanı göstərir.
7) * # 43 #. Gözləmədə olan çağırış haqqında informasiyanı əks etdirir.
8) *3001 # 12345 # *. Burada SIM kart haqqında informasiya və mobil şəbəkənin siqnalının səviyyəsi, hətta mobil telefonun siqnal ötürdüyü yeri də bilmək olur. Yeri gəlmişkən, bütün məlumatlar operativ olaraq yenilənirlər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir