tv

Televizora meyilli uşaqlarla necə davranmalı?

Baxış sayı: 1. 417

Hər şeydən əvvəl bir uşağın nə üçün saatlarla televizor qarşısından qalxmadığını düşünək. Uşaqların məntiqləri və istəkləri əsasən eyni istiqamətdə formalaşır. Bir işi görmək istəyirlərsə, o işin xeyirli və ya ziyanlı olduğunu dərk edə bilmirlər. Buna görə də, uşaqlar əsasən onları maraqlandıran şeylərə üstünlük verirlər.

Əgər uşaq televizor qarşısından qalxmaq istəmirsə, deməli, onu maraqlandıran başqa alternativ yoxdur. Buna görə də, hər bir valideyn evindəki şəraiti nəzərdən keçirməli və uşaqlarına bu alternativləri təqdim etməlidir.

Unutmayın ki, burada əsas rolu uşağın hissləri oynamalıdır. Yoxsa, sizin üçün maraqlı olan bir şey uşağınız üçün maraqlı olmaya da bilər.

tv

Bundan başqa, televizor uşaqlar üçün passiv ünsiyyət vasitəsidir. Uşaqlar televizordakılarla birbaşa ünsiyyətdə olmasalar da, uşaqlar burada müxtəlif ünsiyyət modellərinə şahid olurlar. Bu da uşağın ünsiyyətə ehtiyacı olduğunu göstərir.

Yəni, uşaq valideyni ilə kifayət qədər ünsiyyətdə olsa, televizora daha az ehtiyac hiss edər. Buna görə də sizin də televizora meyilli uşağınız varsa, ona daha çox vaxt ayırmağa çalışın. Vaxt keçdikcə uşağınızın televizora marağının azaldığını görəcəksiniz.

 

Təqdim etdi: UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir