tv

Televizordan düzgün istifadə edirsinizmi? – PSİXOLOJİ TEST

Baxış sayı: 345

Budəfəki testimiz televizor, daha doğrusu televizordan necə istifadə etmək barədədir. Bu testlə həm uşağınızın televizorla “münasibətlərini” müəyyən edə, həm də mövcud olan problemləri (təbii ki, əgər varsa) aradan qaldıra bilərsiniz. Elə isə başlayaq…

 

1. Gündə orta hesabla neçə

saat televizora baxırsınız?

a) Bir-iki saat televizora baxıram.

b) İki-üç saata televizora baxıram.

c) Üç saatdan çox televizora baxıram.

 

2. Televizorda hansı verilişlərə baxacağınızı

əvvəlcədən müəyyən edirsinizmi?

a) Əvvəlcədən müəyyən edirəm.

b) Ailəm müəyyən edir.

c) Əvvəlcədən müəyyən etmirəm.

 

3. Televizorda əsasən hansı verilişlərə baxırsınız?

a) Cizgi filmlərinə, həmçinin sənədli filmlərə baxıram.

b) Sənədli filmlərə, həmçinin döyüş

filmlərinə baxıram.

c) Döyüş filmlərinə baxıram.

 

4. Televizor qarşısında nə qədər oturursunuz?

a) Çox oturmuram.

b) Çox oturmadığımı düşünürəm.

c) Saatlarla otururam.

 

5. Həddindən artıq televizora baxmağın

zərərli olduğunu bilirsinizmi?

a) Zərərli olduğunu bilirəm.

b) Zərərli olduğunu düşünürəm.

c) Zərərli olduğunu düşünmürəm.

 

6. Otağınızda televizor olmasına

ehtiyac hiss edirsinizmi?

a) Otağımda televizor olmasına ehtiyac hiss etmirəm.

b) Otağımda televizor yoxdur,

ancaq olsa daha yaxşı olar.

c) Otağımda televizor var.

 

7. Televizoru necə görürsünüz?

a) Televizoru bir vasitə kimi görürəm.

b) Televizoru bir oyun (və ya bir oyuncaq)

kimi görürəm.

c) Televizoru bir dost kimi görürəm.

 

8. Dərs oxuyanda televizora baxırsınızmı?

a) Dərs oxuyanda televizora baxmıram.

b) Arabir dərs oxuyuram, arabir televizora baxıram.

c) Həm dərs oxuyuram, həm televizora baxıram.

 

9. Televizora baxmaq məsələsində

özünüzə nəzarət edə bilirsinizmi?

a) Özümə nəzarət edə bildiyimi düşünürəm.

b) Bəzən nəzarət edə bilsəm də, bəzən nəzarət edə bilmirəm.

c) Özümə nəzarət edə bilmirəm.

 

10. Əgər seçmək imkanınız olsa idi, daha çox

nəyə üstünlük verərdiniz: televizora, yoxsa kitaba?

a) Kitaba üstünlük verərdim.

b) Həm televizora, həm kitaba üstünlük verərdim.

c) Televizora üstünlük verərdim.

Və nəticə…

“a” bəndi çoxluq təşkil edənlər:

Son dərəcə “şüurlu” bir tamaşaçı olduğunuzu verdiyiniz cavablardan da görmək olar. Nəyi nə vaxt etməli olduğunuzu bilən bir tamaşaçı olduğunuz üçün təbriklər!..

“b” bəndi çoxluq təşkil edənlər:

Çox ciddi bir “televizor düşkünü” olduğunuzu demək olmaz. Ancaq vaxtaşırı normanı aşdığınızı da istisna etmək olmaz. Əgər özünüzə televizordan daha faydalı bir məşğuliyyət tapsanız, televizor qarşısında keçirdiyiniz vaxt da azalar. İnanın, ətrafınızda həmişə televizordan daha faydalı bir məşğuliyyət tapa bilərsiniz. Elə isə, haydı axtarmağa!..

“c” bəndi çoxluq təşkil edənlər:

Televizorla bağlı “münasibətlərinizi” bir daha nəzərdən keçirsəniz, pis olmaz. Bunun üçün indiyə qədər televizor qarşısında keçirdiyiniz vaxtın sizə nə kimi faydaları və ya zərərləri olduğunu “hesablayın”. Və konkret bir nəticəyə gəldikdən sonra özünüzə televizoru əvəz edə biləcək daha faydalı bir məşğuliyyət (və ya məşğuliyyətlər) tapın. Lazım gəlsə, vaxtınızı “planlaşdırmaq” üçün valideynlərinizdən və müəllimlərinizdən də kömək ala bilərsiniz. Uğurlar!..




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir