TELEVIZOR

Televizorun yaşa görə hansı təsirləri var?

Baxış sayı: 1. 221

Televizor həyatımızın mərkəzində yerləşdiyi üçün uşaqları televizordan ayırmaq çox çətindir. Bəs televizorun yaşa görə hansı təsirləri var?

 

0-3 yaş arasındakı uşaqlar

Bu yaşlarda olan uşaqların televizora baxması özü ilə ciddi problemlər gətirir. 3 yaşına qədər olan uşaqları televizorda daha çox rəng və səs cəlb edir. Nəticədə, uşaqda iki əsas problem meydana çıxır. Bunlardan birincisi nitq, ikincisi isə ünsiyyət problemidir. Belə ki, televizora məhkum olan uşaqlar başqa uşaqlarla müqayisədə daha gec danışır, qarşılıqlı ünsiyyət olmadığı üçün ətrafları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.

 

4-7 yaş arasındakı uşaqlar

Televizorun 4-7 yaş arasındakı uşaqlara təsiri isə daha təhlükəlidir. Belə ki, bu dövrdə uşaq vaxtının çox hissəsini evdə keçirir və nəticədə, televizor uşaq üçün yeganə “xilaskara” cevrilir. Bu yaşda olan uşaqlarda konkret düşüncə qabiliyyəti olmadığı üçün hadisələri mühakimə etmək qabiliyyətləri də olmur. Başqa sözlə, uşaq televizorda gördüyü şeyləri həqiqət kimi qəbul edir. Bu da uşaqların televizorda gördüklərini real həyata tətbiq etmək təhlükəsini doğurur.

 

7-12 yaş arasındakı uşaqlar

Televizorun bu yaşlar arasındakı uşaqlara təsiri demək olar ki, həddi-büluğa çatanlarla eynidir. Bu dövrdə uşaqlar yaxşını pisdən ayırmağa başladıqları üçün televizorun təsirində daha az qalırlar. Ancaq bu yaşda olan uşaqlar üçün ən təhlükəli şey onların televizordakı xarakterlərə oxşamağa çalışmalarıdır. Bəs bu təhlükələrin qarşısını almaq üçün nə etmək lazımdır? Əlbəttä ki, evdə uşağınıza televizora baxmağı qadağan edə bilərsiniz, ancaq bununla çətin ki, istədiyinizə nail olasınız. Buna görə də, ən yaxşısı uşağa televizora baxmağı qadağan etmək yox, ona televizora necə baxmağı öyrətməkdir. Digər tərəfdən, bir valideyn uşağının nəyə baxdığını bilməli və mümkün qədər televizora uşağı ilə birlikdə baxmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir