salat

Tənbəl salatı – RESEPT

Baxış sayı: 2. 015

Cəfəri və pendirdən az kalorili salatın hazırlanma qaydasını təqdim edirik:

Tərkibi: 

4 iri dəstə təzə cəfəri
1/3 st. sürtgəcdən keçirilmiş parmezan
2 diş sarımsaq
6 x.q. zeytun yağı
1 x.q. limon şirəsi
duz
qara istiot (təzə üyüdülmüş)

Təmizlənib əzilmiş sarımsağı blenderdə zeytun yağı ilə eynicinsli kütlə alınanadək xırdalayın. Limon şirəsi, duz, istiot əlavə edərək yenə qarışdırın.

Cəfərini xırda doğrayın, pendirlə qarışdırın, üzərinə bu sousu gəzdirin.

Qeyd: cəfəri əvəzinə başqa göyərti, məsələn, keşniş, tərxun, yaxud da vəzəri götürə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir