Tərbiyə zamanı cəzalandırma metodundan istifadə necə olmalıdır?

Baxış sayı: 1. 444

Tərbiyə zamanı mükafatlandırma metodundan istifadə olunduğu kimi cəzalandırma metodundan da istifadə olunur. Diqqət etməli olduğunuz məqam isə hansı metodu  hansı məqam üçün tətbiq etməli olduğunuzu bilmənizdir. Nə zaman uşağı cəzalandırmaq olar? Hansı cəza vasitələri qəbul olunmazdır?

  • Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:
  • Övladınızın davranışını obyektiv qiymətləndirin. Səbəbsiz cəzalandırılma yanlış tərbiyəyə yol açar.
  • Fiziki cəzalar tətbiq etməyin. Verdiyiniz travma tərbiyə üsulu deyil.
  • Verdiyiniz cəza övladınızın sağlamlığına zərərli olmamalıdır.
  • Cəzanı qorxutmaq vasitəsi kimi seçməyin.
  • Təhqir cəza vasitəsi deyil. Övladınızı təhqir etdiyiniz zaman bir sıra psixoloji fəsadlara yol açacağınızı unutmayın.

 

Övladınıza tətbiq etdiyiniz cəza bitdikdən sonra etdiyi davranışı dəfələrlə ona xatırlatmağınıza, onu sözlərinizlə incitməyinizə ehtiyac yoxdur. Verdiyiniz cəza ona səhvlərini anlamaqda kömək edəcək.

Övladınızı sevgisizliyinizlə cəzalandırmayın. “Bir də bunu etsən səni sevməyəcəm”, “Bu davranışına görə səni sevmirəm” və s. kimi cümlələri cəza vasitəsi olaraq tətbiq etmək yanlışdır. Bu kimi cümlələr övladınızda sizi itirmək, sizin sevginizdən məhrum olmaq qorxusu yaradar.

Uşağı tez-tez cəzalandırmaq məqsədəuyğun deyil. Əgər davranışı cəza tətbiq etməyinizə əsas vermirsə, hər hansı kiçik yanlışları varsa bu zaman cəzalandırmaq yerinə müzakirələr etməyiniz faydalı olar.

Tərbiyə prosesi zamanı hansı metodun tətbiqi situasiyaya  uğun olaraq dəyişir.  Valideynin situasiyanı nəzərə alaraq həmin an üçün uğurla tərbiyə metodundan istifadə etməyi bacarması önəmli məqamdır.  Ehtiyac olmadığı hallarda cəzalardan istifadə etməməyiniz tövsiyə olunandır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir