ariqlamaq

Tez və asan arıqlamağın yolu varmı? – DİETOLOQ YANAŞMASI

Baxış sayı: 146

Arıqlama prosesi uzun müddət tələb edir. Tez və asan arıqlamağın bir yolu yoxdur.

“Gencaile.az”saytının xəbərinə görə, bunu həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadə açıqlayıb.

Dietoloqun sözlərinə görə, hər fərdin özünə uyğun qidalanma proqramı (söhbət vərdişlərə, həyat tərzinə uyğun proqramdan gedir, yoxsa diet proqramları hamıya bəllidir) və professional (yəni həkim-dietoloq, üstəgəl endokrinoloq, psixoterapevt, çox ciddi çəki problemi varsa, bariatrik cərrah kimi həkim komandasından söhbət gedir) bir köməklə çəkinin qaydaya salınması mümkündür: “Bunun üçün xüsusən çəkinin artmasına səbəb olan səhhətlə bağlı problemi aradan qaldırmaq lazımdır. Bu məqamlar diqqətdə saxlanılmadan bəzi müvəqqəti uğurlar əldə edilsə belə, təsirli və qalıcı nəticələr əldə edilmir”.

V. Paşazadə qeyd edir ki, arıqlamaq müəyyən bir prosesdir, bu proses vaxt, əzm, iradə, səbr, nizam-intizam, dayanıqlılıq tələb edir: “Artıq çəkisi olanlar xüsusən bunları nəzərə almalıdırlar. Qida vərdişlərinizin emosional xarakter daşıyıb-daşımaması, stress situasiyalarına reaksiyanız və s. nüansları psixoloq ya psixoterapevtlə mütləq müayinə və müzakirə etməlisiniz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir