banka

Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?

Baxış sayı: 1. 430
El arasında soyuqdəyməyə qarşı istifadə olunan müalicə üsullarından biri də banka qoymaqdır. Lakin həkimlər və xalq təbabəti biliciləri bildirirlər ki, arterial təzyiq yüksək olanda, ürək xəstəlikləri və temperatur zamanı banka qoyulması əks təsir göstərə bilər. Kürəkdə səpgi və sızanaqlar çox olanda da banka qoyulması məsləhət görülmür.
Dermatoloqların fikrincə, el arasında təsirli vasitə hesab olunan banka qoymaq bəzi hallarda dərini zədələyə bilər.
Respublikanın baş dermatonevroloqu Zülfüqar Fərəcov deyir ki, bankadan başqa kürəyə yod sürtülməsindən də istifadə edilir. Bədənə yodun sürtülməsi iltihabi prosesə müsbət təsir edir, lakin onun dəri quruluğuna və dölə qarşı reaksiyası ola bilər. Dərinin qidalanmasını yaxşılaşdırmaq üçün dermatozlarda və bəzi soyuqdəymə hallarında bankalardan ümumi müalicə üsulu kimi yox, kompleks müalicənin bir forması kimi istifadə etmək olar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir